Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Rabitəbank”ın faiz gəlirləri azalıb, qeyri-faiz gəlirləri artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Rabitəbank”ın faiz gəlirləri azalıb, qeyri-faiz gəlirləri artıb

“Rabitəbank” ASC 2017-ci ilin 1-ci rübünü 450 min manat xalis mənfəət ilə başa vurub. Halbuki Bank, ötən ilin anoloji dövründə cəmi 12 min manat xalis mənfəət açıqlamışdı.

 

“Marja” xəbər verir ki, bu ilin yanvar-mart dövründə Bankın cəmi gəlirləri 9 milyon 503 min manat, xərcləri isə 9 milyon 53 min manat təşkil edib.  O cümlədən Rabitəbank ehtiyatlara 1 milyon 556 min manat ayırıb.

 

"Rabitəbank" 2016-cı ilin 1-ci rübündə 11 milyon 433 min manat cəmi gəlir əldə etmişdi.

 

Bankın gəlirlərinin bu ilin 1-ci rübündə ötən ilin anoloji dövrü ilə müqayisədə azalmasının səbəbi faiz gəlirlərinin 8 milyon 555 min manatdan 6 milyon 78 min manata düşməsidir. "Rabitəbank"ın qeyri-faiz gəlirləri isə artıb. Ötən ilin birinci rübündə bankın qeyri-faiz gəlirləri 2 milyon 878 min manat olarkən, bu ilin eyni dövründə 3 milyon 425 min manat təşkil edib.

 

31 Mart 2017-ci il tarixinə Rabitəbank 499 milyon 455 min manat cəmi aktivlərə, 453 milyon 499 min manat cəmi öhdəliklərə, 45 mlyon 956 min manat cəmi kapitala malik olub. Bank ötən ilin 31 Mart tarixində 428 milyon 161 min manat cəmi aktivlərə, 370 milyon 124 min manat cəmi öhdəliklərə, 58 milyon 37 min manat cəmi kapitala malik idi.

18.04.2017 16:37

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ