Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycandakı kiçik sahibkarların sayı açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandakı kiçik sahibkarların sayı açıqlanıb

2017-ci ilin ilk üç ayında Kiçik Sahibkarlıqla İş Departamentinin qeydiyyatında olan vergi ödəyicilərinin sayı 6430 vahid artaraq 242.522-yə çatıb.

 

Reklam_3_11

"Marja"nın məlumatına görə, bunu Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin baş direktoru Sarxan Məmmədov bildirib.

 

Baş direktor qeyd edib ki, 2017-ci ilin ilk rübü ərzində departament tərəfindən 3031 təsərrüfat subyekti, 1668 nəzarət-kassa aparatı, 522 POS-terminal qeydiyyata alınıb.

 

2017-ci ilin 1-ci rübündə 2715 vergi ödəyicisinin uçot yeri Vergilər Nazirliyi yanında Lokal gəlirlər departamentinə dəyişdirilib ki, bunların da 334-ü ƏDV ödəyicisi, 97-si 6% və 8% dərəcə ilə sadələşdirilmiş vergi dərəcəsi üzrə qeydiyyata alınmış vergi ödəyiciləri olub.

 

“Bu bir daha göstərir ki, vergi ödəyicilərinin iqtisadi və maliyyə vəziyyəti yaxşılaşmağa doğru dəyişməkdədir”,- o deyib.

 

Sarxan Məmmədov əlavə edib ki, real vergi potensialının müəyyən edilməsi və vergi daxilolmalarının təmin edilməsi sahəsində görülmüş işlər nəticəsində kiçik sahibkarlıq subyektləri tərəfindən yanvar-mart ayları ərzində dövlət büdcəsinə 21 milyon 481,3 min manat vəsait səfərbər olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisdə 23% çoxdur.

18.04.2017 17:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ