Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Neft, ABŞ-da istehsalın artacağı gözləntisi ilə ucuzlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft, ABŞ-da istehsalın artacağı gözləntisi ilə ucuzlaşır


0% KREDİTLƏ OFİS MEBELİ!

 

Neft qiymətləri, ABŞ-da istehsalın artmağa davam edəcəyinə dair işarələrin olması ilə ucuzlaşır.


 
"Marja" xəbər verir ki, Enerji İnformasiya İdarəsinin aylıq hesabatına görə, ABŞ-da  şist nefti istehsal böyük müəssisələrin xam neft hasilatının may ayında gündəlik 5.2 milyon barrelə qalxacağı gözlənilir. Bu, 2015-ci ilin May ayından bəri ən yüksək hasilat səviyyəsi ola bilər. Baker Hughes Inc.-ın məlumatlarına görə, ABŞ-da qazılan quyuların sayı son 13 həftədir artır.

 

Amerika Neft İnstitutunun məlumatlarına görə, ABŞ-da neft ehtiyatları ötən həftə 840,000 barel azalıb. Çərşənbə günü açıqlanacaq rəsmi məlumatların, ehtiyatların 1.4 milyon barrel düşdüyünü göstərməsi gözlənilir. Rusiyanın energetika nazirinin müavini Kirill Molodtsov, ölkəsinin istehsalın azaldılması razılaşmasına riayət etməkdə olduğunu təkrarlayıb. Bu müsbət məlumatlara baxmayaraq neft qiymətləri azalma meylindədir. Çünki ABŞ-da artan istehsal, OPEC-in hasilat artığını azaltmağa yönəlmiş səylərinin təsirini azaldır.


 
Bakı vaxtı ilə saat 08:40-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 0,7% düşərək bareli 52.28 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 1,2% ucuzlaşaraq bareli 54.73 dollara enib.  

 

 OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

19.04.2017 06:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ