Cəlal Orucov ABA-nın Ekspert Qrupuna sədr təyin edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Cəlal Orucov ABA-nın Ekspert Qrupuna sədr təyin edilib

14 aprel 2017-ci il tarixində keçirilən Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin növbəti iclasında ABA-nın bəzi ekspert qruplarının strukturunda və rəhbərliyində dəyişikliklərin edilməsi ilə qərar qəbul edilib.

 

Reklam_3_11

Qərara əsasən,“İT” Ekspert Qrupunun adı dəyişdirilərək “İT təhlükəsizlik üzrə” Ekspert Qrupu  formalaşdırılıb. Yeni qrupa sədrliyi Azərbaycan Beynəlxalq Bankının (ABB)  baş direktoru Cəlal Orucov həyata keçirəcək.

 

Cəlal Orucov 2017-ci ildən bəri ABB-nin Baş texnologiya inzibatçısı vəzifəsində çalışır.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinin məzunu olan C.Orucov müxtəlif vaxtlarda Azərbaycan Mərkəzi Bankında və digər maliyyə qurumlarında fəaliyyət göstərib. Ölkəmizin ən böyük prosessinq mərkəzlərindən sayılan Milli Kart prosessinq mərkəzinin 2006-cı ildən icraçı direktoru olub. ABB-dəki son təyinata qədər isə Unibankın Texnologiyalar üzrə direktoru vəzifəsində çalışıb.

 

© bbn.az

19.04.2017 09:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ