Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Pomidorun yığımına başlanılıb, 90 faizindən çoxu Rusiyaya göndərilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Pomidorun yığımına başlanılıb, 90 faizindən çoxu Rusiyaya göndərilir

Bir neçə gündür Salyanda istixana şəraitində yetişdirilən pomidorun yığımına başlanılıb. Ötən ilin dekabr ayında əkilən pomidor bitkisinin məhsulu artıq aprelin ikinci ongünlüyündən etibarən yığılır.

 

Reklam_3_11

Yığım kampaniyasına ilk olaraq rayonun Qaraçalar və Qarabağlı kəndlərində başlanılıb. Bu yaşayış məntəqələrində bu il 150 hektara yaxın istixana kompleksi yaradılıb.

 

Bu mövsüm fermerlər “Orletta” pomidor növünə daha çox üstünlük veriblər. Bu növ pomidor bitkisi həm yerli şəraitə tez uyğunlaşır, həm də məhsuldarlığı ilə fərqlənir.

 

Yetişdirilmiş məhsulun 90 faizindən çoxu Rusiya bazarlarına göndərilir. Bu ölkəyə ixrac olunan məhsulun qiyməti də təsərrüfat sahiblərini qane edir.

 

Dövlətimizin məhsul istehsalçılarına göstərdiyi hərtərəfli güzəştlərdən yararlanan salyanlı fermerlər bu il xarici bazarlara min tonlarla pomidor məhsulu çıxartmaqla ölkəmizə daha çox gəlir gətirmək niyyətindədirlər.

 

© Azərtac

19.04.2017 12:00

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ