Rüşvətdən uzaq durun - Cərimə və cəza dəyişdirilir
Azərbaycanda rüşvət verməyə görə cərimələr artırılır.
Cinayət Məcəlləsinə bununla bağlı dəyişikliklər təklif edilir.
Təklif edilən yeni layihəyə görə, rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsinə görə 5000 manatdan 8000 manatdək (hazırda min manatdan iki min manatadək) miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmaq nəzərdə tutulur.
Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə görə 8 min manatdan 12 min (hazırda iki min manatdan dörd min manatadək) manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmaq nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
25 d. əvvəl
Azərbaycanın cari əməliyyatlar balansının profisiti kəskin azalıb
-
50 d. əvvəl
Azərbaycan Səudiyyə Ərəbistanında beynəlxalq ərzaq sərgisinə qatılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib
- 1 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan sentyabrda Türkiyənin üç şəhərinə ixrac missiyası təşkil edəcək
-
13 saat əvvəl
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
- 14 saat əvvəl
-
16 saat əvvəl
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
- 17 saat əvvəl
- 17 saat əvvəl