Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Birinci mikrorayon belə olacaq – FOTOLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Birinci mikrorayon belə olacaq – FOTOLAR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Bu ilin ikinci yarısında Bakının Nəsimi rayonu ərazisində yerləşən 1-ci mikrorayonun hissə-hissə söküntüsünə başlanılacaq. 

Reklam_3_11

 

 “Xruşovka” kimi tanınan, müvəqqəti yaşayış üçün nəzərdə tutulan, istismar müddətini başa vurmuş iripanelli yaşayış binaları sökülərək ərazidə yenidənqurma işləri aparılacaq. 

 

Artıq ərazidə müəyyən işlərə başlanılıb. Həmçinin mikrorayon ərazisində yerləşən yeganə məktəb olan Saleh Poladi adına 159 saylı tam orta məktəbin taleyinə də aydınlıq gəlib. 

 

Məktəbin direktoru Vahid Xəlilov açıqlamasında bildirib ki, müvafiq qurumların nümayəndələri məktəb binasında araşdırmalar aparıb: 

 

“Onlar bildirdilər ki, məktəbin söküntüsünə ehtiyac yoxdur və təhsil müəssisəsi söküntü-tikinti dövründə fəaliyyətini davam etdirəcək. Həmçinin ibtidai siniflərin yerləşdiyi yeni korpusun əsaslı təmir ediləcəyini qeyd etdilər”.

 

Məktəb direktoru əlavə edib ki, hazırda orada 1100 nəfərdən artıq şagird təhsil alır. Lakin mikrorayon yenidən tikiləndən sonra burada mənzillərin artması səbəbindən əhalinin sayının çoxalması nəticəsində yaranacaq ehtiyacı da qarşılaya biləcəklər:

 

“Hazırda məktəb birnövbəli fəaliyyət göstərir. Məktəb çox genişdir və burada 1700 şagirdin təhsil alması üçün normal şərait var”.

 

Qeyd edək ki, burada ümumilikdə 34 bina söküləcək, 1729 ailə köçürüləcək. İşlər 3 ilə yekunlaşdırılacaq.

 

Layihənin bəzi fotolarını təqdim edirik.

 

© Lent.az

 

19.04.2017 14:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ