Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Azərsun” 116 çeşid məhsulun qiymətini aşağı saldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərsun” 116 çeşid məhsulun qiymətini aşağı saldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ölkə rəhbərliyi tərəfindən aparılan islahatlar və verilən qərarlar nəticəsində milli valyutamız ABŞ dolları qarşısında dəyər qazanmağa davam edir.

 

Azərbaycanın aparıcı şirkətlərindən olan “Azərsun Holdinq” yaranmış müsbət vəziyyəti nəzərə alaraq ümumilikdə 116 çeşiddə məhsulun qiymətini aşağı salıb. Bu barədə "Marja"ya Holdinqin İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər departamentinin rəhbəri Afiq Səfərov məlumat verib.

 

Onun verdiyi məlumata görə, Şirkətlər Qrupu tərəfindən istehsal olunan “Zolotoye solnişko”, “Final”, “Möcüzə”, “ Zoluşka” , “Evim” markalı günəbaxan ve qarğıdalı yağlarına 6-8 %, “Zoluşka” “Kulinarka” ve “Krestyanskoye” markalı spred yağlarına, “Zeytun bağları” markalı zeytun yağına 5 %,  “Aura”, “Evim” markalı müxtəlif salfet və təmizlik məmulatlarına 6-18 %, “Calve” , “Knorr” ve “Hellmans” markalı müxtəlif souslara 13-35 %, Mərcimək, yumru düyü, qarabaşaq kimi dənli bitki məhsullarına isə 14-28 % endirim edilmişdir.

 

Qeyd edək ki, “Azərsun Holdinq” bir müddət əvvəl şəkər tozunun qiymətini 5 % yəni hər tona görə 60 manat aşağı salmışdı.

19.04.2017 16:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ