Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

İlk özəl kredit bürosu gələn ilin əvvəlində işə başlayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
İlk özəl kredit bürosu gələn ilin əvvəlində işə başlayacaq

Azərbaycanda yaradılan ilk özəl kredit bürosunun gələn ilin əvvəlində fəaliyyətə başlayacağı gözlənilir.

 

Bunu jurnalistlərə açıqlamasında Büronun İdarə Heyətinin sədri Elçin Əhmədov deyib.

 

Onun sözlərinə görə, hazırda təsisçilər tərəfindən büronun təşkilati-hüquqi forması dəqiqləşdirilir. Tezliklə yeni şirkətin dövlət qeydiyyatına alınması üçün Vergilər Nazirliyinə müraciət ediləcək: “Şirkət yəqin ki, “Creditinfo-Azerbaijan” adlanacaq”.

 

E.Əhmədov qeyd edib ki, kredit bürosu sadəcə məlumat bazası rolunu oynamayacaq. Yeni maliyyə qurumu bazarda monitorinqlər aparacaq, analizlər edəcək və maliyyə bazarı iştirakçılarının risklərinin maksimal dərəcədə optimallaşdırılmasına kömək edəcək.

 

Büroya məlumatlar təkcə banklar deyil, bank olmayan kredit təşkilatları, tədricən mobil operatorlar, kommunal xidmət qurumları, lizinq və hətta sığorta şirkətləri tərəfindən də ötürüləcək. Məqsəd odur ki, müştərilərin maliyyə sektorunun bütün iştirakçıları ilə münasibətləri, onların özlərini necə göstərməsi əvvəlcədən məlum olsun. Bunlar qərar qəbul etməkdə mühüm ünsürlərdən biridir: “Bununla yanaşı, hər bir vətəndaşa da ildə bir dəfə öz məlumatları ilə tanış olmaq imkanı yaradılacaq”. 

 

Kredit bürosunun təsisçilərinin sayı arta bilər

 

Azərbaycanda yaradılan ilk özəl kredit bürosunun 22 təsisçisi olsa da, gələcəkdə bu rəqəm arta bilər.

 

Bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev məlumat verib.

 

“Hazırda təsisçilər sırasında İslandiyanın “Creditinfo” şirkəti, 19 yerli bank, 1 bank olmayan kredit təşkilatı (“TBC Kredit” MMC”) və 1 sığorta şirkəti olsa da, ümid edirik ki, gələcəkdə bu sıraya maliyyə sektorunuin digər iştirakçıları da qoşulacaq”, - deyə ABA rəhbəri qeyd edib. 

 

© Report

19.04.2017 17:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ