Ən yuxarı (mobil)_30

Öz biznesini qurmaq istəyən xanımlar üçün WoWoman Sahibkarlıq proqramına qeydiyyat başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Öz biznesini qurmaq istəyən xanımlar üçün WoWoman Sahibkarlıq proqramına qeydiyyat başladı

WoWoman qadınların inkişafı üçün yaradılan, onların ən qeyri-adi, çılğın və mümkünsüz görünən arzularını həyata keçirmək üçün yol göstərən, istiqamətləndirən platformadır. Platformanın xüsusi layihələri sırasında WoWenture xanımlar üçün sahibkarlıq proqramını vurğulamaq lazımdır. Belə ki, layihə öz işini qurmaq istəyən, ideyasını biznesə çevirmək və investisiya yatırımı axtaran xanımlar üçün fürsət yaradır və onlara real biznes mühiti ilə tanış olmaqda kömək edir.

 

Layihə Meneceri Kəmalə İsmayılova bilridib ki, artıq üçüncü dəfədir ki, bu proqrama start verəcəklər:

 

“Bir çox xanım öz işini qurmaq istəyir, lakin bu sahədə bilik və bacarıqlarının kifayət qədər olmaması səbəbindən istəyini həyata keçirə bilmir. Bunu nəzərə alaraq, biz xanımlar üçün sahibkarlıq proqramını yaratdıq və peşəkarlar tərəfindən xüsusi biliklərin onlara öyrədilməsini həyata keçiririk.

 

Proqrama qatılan iştirakçılar biznesin əsaslarını, komandanı qurub idarə etməyi, məhsulun bazara çıxarılmasını, marketinq və maliyyə məsələlərini, investorların qarşısında çıxış etməyi, maliyyə planı hazırlamağı öyrənəcəklər. Sonda onların layihəsi investor tərəfindən qiymətləndiriləcək. Hətta biz növbəti addım olaraq, uğurlu layihələrə investisiya cəlb olunmasına da dəstək ola bilərik".  

 

Qeyd edək ki, layihə 4 moduldan ibarətdir: İnsan Resurslarının İdarəedilməsi və biznes, Marketinq və Satış, Maliyyə və hüquq, İnvestisiyanın cəlb olunması. Hər modulda iki dərs olması nəzərdə tutulub, xanımlar ilk dərs öyrəndiklərini ikinci dərsdə öz biznes ideyaları üzərində tətbiq edəcəklər və komanda haqqında plan, marketinq plan, maliyyə planı və investorlar üçün təqdimatlar hazırlayacaqlar.

 

Ətraflı məlumat http://bit.ly/2psSks3

 

Email: [email protected]

20.04.2017 05:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ