Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Fed Bej Kitab: ABŞ-da iqtisadi artım davam edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed Bej Kitab: ABŞ-da iqtisadi artım davam edir

Fed-in "Bej kitab" hesabatına görə, ABŞ iqtisadiyyatı, qarışıq  istehlakçı xərclərinə baxmayaraq böyüməkdə davam edir


 
"Marja" xəbər verir ki,  Fed-in Çərşənbə günü yaydığı "Bej Kitab" hesabatına görə, ABŞ iqtisadiyyatı, ötən bir neçə həftə ərzində "mülayim" artmaqda davam edib. Əmək bazarının möhkəmliyi əməkhaqqı artımlarına kömək edərkən, istehlakçı xərcləri qarışıq gedişdədir.


 
Fed-in Fevral ayının ortalarından Mart ayının sonuna qədər olan bir zaman kəsiyini əhatə edən və regional Fed banklarından toplanan məlumatlara əsasən hazırlanmış "Bej Kitab" hesabatında, istehlakçı xərclərinin avtomobil alışları xaric  "yumşaq"  gedişdə olduğu qeyd edilib.


 
"Bej Kitab" hesabatı, iqtisadiyyata dair istehlakçı və müəssisə inamında sürətli bir inkişaf göstərmədən, sabit iqtisadi artım rəsmi çəkib.   

 


Hesabatda, çox  regionun aşağı keyfiyyətli işçi qüvvəsinin yerini doldurmaqda çətinlik çəkdiyi və yüksək keyfiyyətli işçilərə olan tələbatın gücləndiyi  qeyd edilib.


 
Hesabata görə, iqtisadi artım, 12 region arasında "mötədil və ölçülü" bir aralıqda bərabər olaraq dağılıb. İnflyasiya isə satış qiymətlərinin "dumanlı" bir şəkildə artması ilə "mülayim" qalıb.

20.04.2017 05:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ