Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Broker “Marş Azərbaycan”ın xalis mənfəəti artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Broker “Marş Azərbaycan”ın  xalis mənfəəti artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Marş Sığorta və Təkrarsığorta üzrə Broker” MMC 2016-cı ili 330 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2015-ci illə müqayisədə 57% çoxdur.

 

Reklam_3_11

“Marja” brokerin hesabatına istinadən xəbər verir ki, ötən il cəmi gəlirlər 1 milyon 368 min manat, cəmi xərclər 953 min manat təşkil edib.

 

Brokerin cəmi gəlirlərinin 1 milyon 339 min manatı “sair gəlirlər”, 29 min manatı isə “investisiya gəlirləri” üzrə olub.

 

Qeyd edək ki, “Marş Sığorta və Təkrarsığorta üzrə Broker” 2015-ci ili 210 min manat xalis mənfət ilə başa vurmuşdu. 2015-ci ildə MMC-nin cəmi gəlirləri 1 milyon 132 min manat, cəmi xərcləri 851 min manat təşkil etmişdi.

 

Ötən ilin sonunda “Marş Sığorta və Təkrarsığorta üzrə Broker” 3 milyon 315 min manat cəmi aktivlərə, 1 milyon 257 min manat cəmi kapitala, 2 milyon 58 min manat cəmi öhdəliklərə malik olub.

 

Marsh sığorta brokeri və riskin idarə olunması üzrə dünya lideridir.  

 

“Marş Sığorta və Təkrarsığorta üzrə Broker” MMC öz fəaliyyətini 2002-ci ildə “Marş Caspian Services” MMC adı ilə başlamış, 2005-ci ildə isə müvafiq lisenziya alındıqdan sonra “Marş Sığorta və Təkrarsığorta üzrə Broker” MMC adı ilə davam etdirmişdir.

20.04.2017 06:15

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ