Külli miqdarda mobil telefon qaçaqmalçılığı

Azərbaycanın gömrük orqanları 522 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısını alıb. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında deyilir.

 

“Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sadıxlı” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşı qanunvericiliyə uyğun olaraq idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə mütləq bəyan ediləsi predmetlərin olub-olmadığı barədə şifahi sorğu-sual edilib. Həmin şəxs gömrükçüləri yanıltmağa çalışsa da, avtomobilə keçirilən gömrük baxışı gömrük əməkdaşlarının şübhələrini təsdiqləyib. Belə ki, avtomobilin salonunda, yanacaq çəninin içərisində xüsusi düzəldilən saxlanc yerlərindən və arxa oturacağının altından 314 ədəd ZHT, 110 ədəd Nokia, 23 ədəd H-mobile və 75 ədəd Duos markalı telefonlar, 250 ədəd adapter, 140 ədəd qulaqcıq, 240 ədəd batareya aşkar edilib”. – deyə məlumatda bildirilir.

 

Faktla bağlı araşdırma aparılır. 

20 Dekabr 2016 , 12:30   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin