Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan şirkətləri Özbəkistandakı “sosial ev” layihəsində maraqlıdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan şirkətləri Özbəkistandakı “sosial ev” layihəsində maraqlıdır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Azərbaycan şirkətləri Özbəkistandakı “sosial ev” layihəsində iştirakda maraqlıdır. Bu fikirləri Azərbaycan Sahibkarlar və İşəgötürənlər Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov səsləndirib.

Reklam_3_11

 

V.Zeynalov Özbəkistanın Bakıdakı səfirinin müavini Cahongir Aminovla görüşdə vurğulayıb ki, Azərbaycan şirkətləri, xüsusən də tikinti-inşaat, tikinti materialları istehsal edən şirkətləri Özbəkistandakı “sosial ev” layihəsində iştirakda maraqlıdır.

 

C.Aminov ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu deyib. Onun fikrincə, Azərbaycana tekstil mallarının idxalı perspektiv istiqamətlərdən biri ola bilər. “Özbəkistanda tekstil sənayesi yüksək səviyyədə inkişaf edib və hər il büdcəyə 2 milyard valyuta gətirir. Azərbaycan daha çox Türkiyə və İrandan tekstil mallarını idxal edir. Bu sahədə alternativ ölkələrdən biri də Özbəkistan ola bilər”, - deyə səfirin müavini qeyd edib.

 

C.Aminov Azərbaycan sahibkarlarını bu il aprelin 27-28-də Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək “Meyvə-tərəvəz məhsullarının ixracının genişləndirilməsi və rəqabətin inkişaf etdirilməsi” mövzusunda biznes-foruma dəvət edib.

 

© İnterfaks-Azərbaycan

20.04.2017 08:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ