Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“PAŞA Həyat” tələbə jurnalistlərə təlim təşkil edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Həyat” tələbə jurnalistlərə təlim təşkil edib

“PAŞA Həyat” BDU-nun Jurnalistika fakultəsinin tələbələri üçün təlim təşkil edib

 

Reklam_3_11

 “PAŞA Həyat” şirkəti maarifləndirmə layihəsi çərçivəsində “Sığorta və sığorta mədəniyyəti” mövzusunda tələbələr üçün növbəti 88-ci təlimini başa çatdırıb.

 

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, 88-ci təlim bu ilin dekabr ayının 12-14 tarixlərində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri üçün təşkil olunub. Təlimdə tələbələrə həyat və qeyri-həyat sığortası, sığorta qanunvericiliyi, eləcə də Azərbaycan və xarici sığorta bazarlarının müqayisəsi haqqında geniş məlumat verilib.

 

Təlimin sonunda tələbələrlə xatirə şəkili çəkilib, onlara “PAŞA Həyat”ın müvafiq sertifikatları təqdim olunub. Qeyd edək ki, təlimin keçirilməsində məqsəd tələbələrin sığortaya, o cümlədən həyat sığortası sahəsinə olan maraqlarını, həmçinin bilik və bacarıq qabiliyyətlərini daha da artırmaq, eyni zamanda cəmiyyəti sığorta sahəsi haqqında maarifləndirməklə yanaşı, sığorta bazarının inkişafına dəstək olmaqdır.

 

Təlim “PAŞA Həyat” tərəfindən jurnalistika fakultəsinin tələbələri üçün təşkil olunan “Azərbaycanda həyat sığortası” mövzusunda ən yaxşı məqalə müsabiqəsində iştirak etmək üçün çox faydalıdır . “PAŞA Həyat” 2013-cü ilin iyul ayından başlayaraq ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının tələbələri üçün sığorta sahəsinə aid müxtəlif mövzularda ustad dərsləri (Master Klaslar) təşkil edir. İndiyədək təşkil olunan təlimlərdə müxtəlif ali təhsil ocaqlarından 2074-dək tələbə iştirak edib. Təlimdə iştirakçı sayının çox olması şirkətin sosial məsuliyyət çərçivəsində gənclərin sığorta sahəsində maariflənməyə verdiyi mühüm dəyərin bariz nümunəsi kimi qiymətləndirmək olar.

20.12.2016 09:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ