Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Nazirlik: Naxçıvan Avtomobil Zavodunda fasilə yaranıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazirlik: Naxçıvan Avtomobil Zavodunda fasilə yaranıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Naxçıvan Avtomobil Zavodunda istehsalın dayandırılması ilə məlumatlar yayılıb.

 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidməti  “NAZ-Lifan” avtomobillərinin istehsalının dayandırılması ilə bağlı yayılan məlumata münasibət bildirib.  Qeyd edilib ki, cari ilin ötən dövründə Naxçıvan Avtomobil Zavodunun istehsal sahəsində yenidənqurma işləri aparılıb, bu səbəbdən də istehsal prosesində planlaşdırılmış fasilə yaranıb. 2017-ci ilin birinci rübündə müəssisə tərəfindən “NAZ-Lifan 820” və “Naz-Lifan 620” modellərinin satışı həyata keçirilib.

 

Bundan əvvəl Naxçıvan Avtomobil Zavodunun direktoru Musa Abdullayev açıqlamasında bildirmişdi ki, Çində Lifan zavodunda aparılan yenidən qurma ilə bağlı ehtiyat hissələrinin gətirilməsində müəyyən çətinliklər yaranmışdı. Bu səbəbdən istehsalda fasilə yaranmışdı.

 

"Əgər zavodda 2010-cu ildə 4 modeldə avtomobil istehsal olunurdusa, hazırda 15 modeldə “NAZ-Lifan” avtomobili istehsal edilir. Müəssisə tərəfindən avtomobillərin xarici ölkələrə ixracının genişləndirilməsi istiqamətində də iş aparılır", - Nazirlikdən bildirilib.

 

“Marja”nın xəbər verdiyi kimi, 2017-ci ilin yanvar-mart aylarında Azərbaycanda minik avtomobilləri istehsal olunmayıb.  Bu, Azərbaycanda yeganə minik avtomobilləri istehsalçısı Naxçıvan Avtomobil Zavodunun istehsalını dayandırması ilə bağlı ola bilərdi – ƏTRAFLI BURADA

20.04.2017 09:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ