Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Avtomobillərin dövlət qeydiyyatına alınması qaydalarında DƏYİŞİKLİK

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avtomobillərin dövlət qeydiyyatına alınması qaydalarında DƏYİŞİKLİK
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

25 İLLİK DÖVLƏT İPOTEKASI İLƏ MƏNZİLLƏR

 

Azərbaycanda nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınma qaydaları dəyişdirilir.

 

Bu barədə məsələ "Yol hərəkəti haqqında" qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

 

Dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması üçün yeni tələblər irəli sürülür. Qanuna əlavə edilməsi təklif edilən dəyişikliyə əsasən, nəqliyyat vasitəsi dövlət qeydiyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir.

 

Təklif edilən dəyişikliyi şərh edən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, hazırkı qanunvericiliyə əsasən nəzərdə tutulub ki, Azərbaycanda avtomobil alınıb-satılarkən və yaxud da təzə və ya köhnə avtomobil xaricdən gətirilərkən təkrar və ya ilk dəfə dövlət qeydiyyatına alınması üçün texniki müayinədən keçirilir:

 

"Texniki müayinə odur ki, avtomobilin mühərrik, ban və şassi nömrələri, habelə rəngi tutuşdurulur və hər şey qaydasındadırsa, həmin avtomobil dövlət qeydiyyatına alınır. Ancaq avtomobil təkrar və ya ilk dəfə dövlət qeydiyyatına alınan zaman avtomobilin həm də texniki baxışdan keçirilməsi tələb olunur. Qanunda isə təkrar və ya ilk dəfə dövlət qeydiyyatına alınma zamanı texniki baxış məcburi olmadığı üçün sürücülər bu tələbə etiraz edirlər. Yeni dəyişikliyə əsasən isə, avtomobilin təkrar və ya ilk dəfə dövlət qeydiyyatı zamanı mühərrik, ban və şassi nömrələri, habelə rəng tutuşdurulmaqla yanaşı, texniki baxış da keçiriləcək. Qanuna təklif olunan bu dəyişikliyə əsasən, əgər avtomobil bu il texniki baxışdan keçirilməlidirsə və nəqliyyat vasitəsi satılan tarixə qədər keçirilməyibsə, bu halda polis texniki baxışdan keçirməyi də qanunla tələb edəcək".

 

Qeyd edək ki, təklif edilən dəyişiklik Milli Məclisin aprelin 25-də keçiriləcək növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

 

VALYUTALARIN DƏYİŞMƏSİNDƏN PUL QAZAN!

 

© Trend

20.04.2017 09:50

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ