Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İranla Ukraynanın qatarı Azərbaycan üzərindən hərəkət edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
İranla Ukraynanın qatarı Azərbaycan üzərindən hərəkət edəcək

 

Ukrayna və İran kənd təsərrüfatı məhsullarının daşınması üçün test qatarının işə salınması ilə bağlı razılıq əldə edib. Bu barədə Ukraynanın infrastruktur naziri Vladimir Omelyan bildirib.


Onun sözlərinə görə, qatar Azərbaycan və Gürcüstan ərazisindən keçməklə hərəkət edəcək.


"Qatar artıq bu ilin yayında hərəkətə başlaya bilər. İlk növbədə qatarla dənli bitkilər daşınacaq. Bu, iki ölkə arasında əməkdaşlıq üçün perspektivli sahədir. Ukrayna yeni beynəlxalq dəhlizlərin işlənməsini həyata keçirməlidir ki, Avropa və Asiya arasında körpü rolunu oynasın", - deyə nazir qeyd edib.


Bununla yanaşı, nazir rəsmi Tehranı İran neftinin Ukraynaya nəqlinin mümkünlüyünün nəzərdən keçirilməsi barədə xahiş edib. Bundan başqa, V.Omelyan İran tərəfindən Ukrayna ərazisində neft emalı zavodunun tikintisi barədə düşünməyi xahiş edib.

 

© APA

20.04.2017 10:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ