Tanınmış geyim markası investorlara satılacaq

Tanınmış geyim markası "Mavi Jeans", səhmlərinin ilkin kütləvi satışına (İPO) hazırlaşır.


 
"Marja" "Bloomberg News"a istinadən xəbər verir ki, "Mavi Jeans"  bununla bağlı Türkiyənin maliyyə bazarlarına nəzarət edən orqana müraciət edib. Şirkətin səhmdarları Akarlı  ailəsi və  "Turkven" şirkəti, daha əvvəl İPO üçün investisiya bankları Goldman Sachs və Bank of Americaya səlahiyyət vermişdi.


 
"Mavi Jeans"in bazar qiyməti  təxminən 800 milyon dollar həcmində hesablanır. İPO-nin Türkiyədə ilin ən böyük əməliyyatı olacağı gözlənilir.

20 Aprel 2017, 12:30   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]