Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Neft hasilatını azaltmaq qərarı uzadıla bilər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Neft hasilatını azaltmaq qərarı uzadıla bilər"

Səudiyyə Ərəbistanının neft naziri Xalid əl-Falih, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) istehsalı azaltmaq qərarının uzadılması istiqamətində meyl olduğunu deyib.


 
"Marja" xəbər veri ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə keçirilən "Körfəz Ölkələri Neft Media Forumunda" danışan Falih, "Neft istehsalını azaltmaq qərarının uzadılması istiqamətində gedərək artan bir konsensus var. Ancaq bu ana qədər tam razılığa gəlinmiş deyil",- deyib.

Reklam_3_11


 
 Neft tələbinin aşağı səviyyələrdə olduğu iddialarına qarşı çıxan Falih, "Bu şayiələr digər sektorların və başqa ölkələrin mənfəətləri üçün çıxarılır" -deyə bildirib.
 


OPEC, ötən ilin sonunda neft hasilatının səviyyəsini sutkada 1,2 milyon barel azaltmaq qərarı vermişdi. Yanvar 2017-də tətbiq olunmağa başlanan qərarın 6 ay qüvvədə olacağı, ancaq uyğun görülməsi halında uzadıla bilinəcəyi qeyd edilmişdi.

 


Xalid əl-Falihin açıqlamsından sonra dünən 53,04 dollaradək geriləmiş Brent neftinin qiyməti bu gün 53,40 dollar səviyyəsinə qalxıb.

20.04.2017 13:35

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ