"Vertolyot pulları" ümidlərini öldürən açıqlama
Yaponiyanın maliyyə naziri Taro Aso ölkədə hələ də zəif qalan iqtisadi fəallığın gündəmə gətirdiyi "vertolyot pulları" məsələsinə dair açıqlama verib.
"Marja" xəbər verir ki, Aso, vertolyotdan pul səpələmək və ya xalqa birbaşa maliyyələşdirmə təmin etmək planlarının olmadığını deyib.
Aso, "Bu cür fikirlər müxtəlif problemlər ortaya çıxara bilər. Yaponiya Mərkəzi Bankı BoJ-a və pul siyasətinə bazar etibarı azala bilər",- deyib.
Aso həmçinin bunun zərərli bir inflyasiyaya səbəb ola biləcəyini bildirərək "Belə bir şeyə yol vermərik" - deyib.
İqtisadçılar, neqativ faiz tətbiq edən və qiymətli kağızların alışını azaltmadan davam etdirən BoJ üçün növbəti variantı "vertolyot pulları" kimi qiymətləndirirlər. İqtisadçılara görə, alış-verişi canlandırmaq, inflyasiyanı sürətləndirmək və nəticədə iqtisadi aktivliyi artırmaq üçün əhaliyə pul paylanmalıdır.