Ən yuxarı (mobil)_30

Mərkəzi Bankın valyuta ehtiyatları artıb yoxsa azalıb?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bankın valyuta ehtiyatları artıb yoxsa azalıb?

 

0% KREDİTLƏ OFİS MEBELİ!

Reklam_3_11

 

Bu il Dövlət Neft Fondundan Mərkəzi Banka 7 milyard 500 milyon manatın transfert edilməsi nəzərdə tutulub.

 

“Marja” xəbər verir ki, bir neçə gün öncə Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Fondun makroiqtisadi sabitliyin təmin olunması üçün Mərkəzi Banka  2 milyard  279 milyon manat transfert etdiyini açıqladı. Bu məbləğ, hazırkı rəsmi məzənnə ilə təxminən 1 milyard 340 milyon dollar edir.

 

Mərkəzi Bankın statistikasına görə, bu il Bankın rəsmi valyuta ehtiyatları 458,3 milyon dollar artaraq 31.03.2017-ci il tarixində 4 milyard 432.7 milyon dollar təşkil edib.

 

Əgər Neft Fondu Mərkəzi Banka 1 milyard 340 milyon dollar tranfer edibsə, nə üçün valyuta ehtiyatları 458,3 milyon dollar artıb?

 

Burada 3 ehtimal var. Birincisi ola bilər ki, əslində Mərkəzi Bankın valyuta ehtiyatları 882 milyon dollar azalıb. 1 milyard 340 milyon dollar tranfer bu azalmanı artıqlaması ilə bağlayıb.  Azalma Mərkəzi Bankın hərraclarda valyuta satması ilə baş verə bilərdi.

 

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında 2017-ci ilin yanvar ayında 285 milyon dollar, fevralda 258,4 milyon dollar, mart ayı ərzində isə 250 milyon  dollar olmaqla cəmi 793,4 milyon dollar məbləğində vəsait satılmışdır. Əgər Mərkəzi Bank da hərraclarda 882 milyon dollar satmışdırsa, bu il hərraclarda banklara satılan cəmi məbləğ 1 milyard 675,4 milyon dollar olardı. Bu məbləğ inandırıcı görünmür.

 

İkinci ehtimala görə, Neft Fondu Mərkəzi Banka vəsaitin xeyli hissəsini manat şəkilində transfer edib. Ötən il Neft Fondu hərraclarda Dollar sataraq aldığı manatların hamısını dövlət büdcəsinə köçürmədiyindən manatda xeyli vəsaiti mövcud idi.

 

3-cü ehtimala görə, Mərkəzi Bank Neft Fondundan aldığı tranfertin bir hissəsini digər təşkilatlara borc verə bilər.

 

 OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

21.04.2017 06:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ