AtaBank və CDB Bankın birgə mətbuat konfransı

"Bankların kapital mövqeyinin möhkəmlənməsi, maliyyə vasitəçiliyinin effektivliyinin, dərinliyinin artırılması və yüksək likvidliyə malik bankın yaradılması zərurətini nəzərə alaraq, Caspian Development Bankın (CDB Bank) və AtaBanka qoşulması barədə qərar qəbul edilib.

 

Marja”nın məlumatına görə, bu Bakıda keçirilmiş AtaBank və CDB Bankın birgə mətbuat konfransında bildirilib.

 

Qeyd edilib ki, bu il  AtaBankın nizamnamə kapitalı 20 milyon manat artırılaraq 70 milyon manata qaldırılıb.

 

Mətbuat konfransında verilən əsas açıqlamalar:

 

-Öhdəliklər AtaBanka keçdiyindən əmanətlərdə problem olmayacaq, 

-AtaBankın aktivləri 500 milyon manata, depozit portfeli 300 milyon manata bərabərdir,

-Bankın kapital mövqeyi yüksələcək,

-Müştəri bazası genişlənəcək,

-AtaBankın investisiya gücü artacaq, kiçik və orta sahibkarlıq dəstəklənəcək,

-Yeni Bank yeni strategiya əsaında fəaliyyət göstərəcək,

-Yeni ucuz məhsullar bazara çıxardılacaq,

-Elektron bankçılığa böyük üstünlük veriləcək,

-İşçilər ixtisar edilməyəcək.

 

“Atabank” və "CDB"-nin birləşməsi maksimum 3 aya yekunlaşacaq

 

“PWC” beynəlxalq konsaltinq şirkətinin idarəedici partnyoru Mövlan Paşayev bildirib ki, bankların birləşməsi üzrə işlərə başlanıb.  

-birinci bankların qiymətləndirilməsi keçiriləcək, vergi və digər hüquqi öhdəlikləri müəyyən olunacaq,

-İkinci mərhələdə birləşmə üçün addımlar hazırlanacaq.

 

Qeyd edilib ki, yaxın günlərdə böyüyən AtaBankın sərəncamına Xətai rayonunda yeni müstəqil inzibati bina veriləcək.

 

 

21 Aprel 2017, 11:03   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin