Rusiya/Novak: Neft hasilatının azaldılması Aprelin sonuna qədər 300 min barelə çatacaq

"Marja" xəbər verir ki, Rusiyanın energetika naziri Aleksandr Novak, Tokioda verdiyi bir müsahibədə, Rusiyanın OPEC və bəzi OPEC-ə daxil olmayan istehsalçı ölkələrlə Dekabr ayında əldə etdiyi razılaşma üzrə neft hasilatını mərhələli olaraq azaltdığını bildirib.
 


Rusiyanın müqavilə çərçivəsində nəzərdə tutduğu kimi, Aprel ayının sonuna qədər gündəlik 300 min barrel hasilat azaldılmasına çatacağını təsdiq edən Novak, bu səviyyənin müqavilənin müddəti bitənə qədər qorunacağını vurğulayıb.


 
Razılaşmanın uzadılması barədə son qərarın verilmədiyini vurğulayan Rusiyanın energetika naziri, Rusiyanın mövqeyini OPEC-ə hələ açıqlanmadığını deyib.

21 Aprel 2017, 14:51   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]