Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Avroda 3 ayın ən güclü bahalaşması

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avroda 3 ayın ən güclü bahalaşması

Avro, Fransada bazar günü keçiriləcək Prezident seçkisi öncəsi son üç ayın ən güclü həftəlik bahalaşmasına yönəlib. Dolların zəif gedişatı da, Avronun güclənməsinə təsir edib.


 
"Marja" xəbər verir ki, sorğuların, Avropa Birliyi əleyhdarı Le Pen də daxil olmaqla namizədlər arasında başa-baş mübarizə olacağın aişarə etməsinə baxmayaraq, Avro, Cümə günü üç həftənin zirvəsinə yüksəlib. ABŞ Dollarının on mühüm valyuta qarşısındakı dəyərini göstərən Bloomberg Dollar Spot İndeksi, ABŞ Prezidenti Donald Trumpın dolların çox yüksəldiyini qeyd etməsinin ardından geriləyib. İngiltərədə isə İyun ayında erkən seçkiyə gedilməsinə dair proseslər Funt-sterlinqin bu həftə 2%-in üzərində dəyər qazanmasına səbəb olub. 

Reklam_3_11


 
Valyuta strateqi Masashi Murada, "Avro bu həftə funt-sterlinq və dolların hərəkətlərilə istiqamət tapdı. Fransa seçkisindəki qeyri-müəyyənliyi nəzərə aldıqda insanlar sadəcə Avroda əməliyyat aparmaq məsələsində təmkinli davranır, ancaq digər valyutalar qarşısında hərəkət edəndə məcbur qalırlar. Le Penin Bazar günü alacağı dəstək Avro üçün həlledici olacaq" deyib. 


 
"Harris Interactive"in sorğusuna görə, Bazar günü keçiriləcək seçkinin ilk turunda Macron 24.5 faiz ilə öndədir. Le Pen 21% ilə ikinci sırada yer alarkən, Respublikaçı Fillonun səsi 20 faiz səviyyəsindədir.


 
Avro/dollar məzənnəsi bu gün 1.0715 səviyyəsini görüb.

 

VALYUTALARIN DƏYİŞMƏSİNDƏN PUL QAZAN!

 

21.04.2017 13:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ