Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Yapı Kredi Bank Azərbaycan ilk rübü mənfəətlə bağladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yapı Kredi Bank Azərbaycan ilk rübü mənfəətlə bağladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyənin ən böyük banklarından biri "Yapı Kredi"nin və Avropanın böyük bank qruplarından biri UniCreditin əsas səhmdarı olduğu "Yapı Kredi Bank Azərbaycan" QSC 2017-ci ilin ilk rübünü müsbət göstəricilərlə başa vurub.

 

Reklam_3_11

Bankdan “Marja”ya verilən məlumata görə, Yapı Kredinin xalis mənfəəti 2017-ci ilin ilk rübündə 2 milyon manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26%-lik artım deməkdir.

 

Azərbaycanda 100% xarici kapitalal çalışan və dünyanın 17 ölkəsində mövcud olan bankçılıq qrupunun üzvü Yapı Kredi Bank Azərbaycan-a son illərdə müştərilərin etibarı artmaqdadır və xüsusilə korporativ müştərilər beynəlxalq təcrübəyə malik bankla işləməyə üstünlük verirlər. Bu barədə bankın İdarə Heyətinin sədri cənab Cenk Yüksel bildirib:

 

 “Biz 17 ildir ki, Azərbaycan iqtisadiyyatına yatırımlar edirik və bu yatırımların qarşılığında müştərilərimizin bizə inamı maddi olaraq ölçə bilməyəcəyimiz qədərdir. Buna görə bütün müştərilərimizə təşəkkürümüzü bildirirəm, bundan sonrakı dövrlərdə də, onların maliyyə dəstəkçisi olmağa davam edəcəyik” şəklində açıqlama verdi. Həqiqətən də, bankın hesabatlarına baxdıqda, müştərilərin Yapı Kredi Bank Azərbaycana inanaraq əmanətlərinin bu banka yatırıldığı hiss edilir. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə əmanətlərin miqdarı 103%, cari hesablarda olan pul vəsaitlərinin məbləği isə 45% artmışdır.

 

Nəzərinizə çatdırmaq istərdik ki, Yapı Kredi Bank Azərbaycan dayanıqlı bankçılıq fəaliyyətini davam etdirmək üçün ötən aylarda nizamnamə kapitalını 5 milyon dollar ekvivalentində artırmışdır.

21.04.2017 13:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ