Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

40 ölkəyə məhsul ixrac edən şirkət 25 yaşında

iç səhifə xəbər başlığı altı (mobil)_31
40 ölkəyə məhsul ixrac edən şirkət 25 yaşında

Ölkəmizin aparıcı şirkətlərindən olan “Azərsun Holdinq”in fəaliyyətə başlamasının 25 ili tamam olub.

 

Reklam_3_11

 

“Azərsun Holdinq”in yaydığı məlumata görə, Azərbaycanın müstəqillik qazandığı ildə fəaliyyətə başlayan “Azərsun” ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi, qida sənayesinin daha da inkişaf etdirilməsinə mühüm töhfələr verib. Milli markalarımızın yaradılması və bütün dünyada tanıdılması məqsədi ilə Bakıda tədbir keçirilib.

 

 

Dövlət rəsmilərinin, ictimai xadimlərin və xarici qonaqların qatıldığı tədbirdə geridə qoyulan illər ərzində reallaşdırılan layihələr və gələcək planlar barədə məlumat verilib. Eyni zamanda tədbirdə Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçov, Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev adından “Azərsun Holdinq”in 25 illik yubileyi ilə bağlı təbrik məktubları səsləndirilib və şirkətin Müşahidə Şurasının sədri Abdolbari Goozala təşəkkürnamələr təqdim edilib.

 

 

Tədbirdə iştirak edən Beloreçensk rayonunun bələdiyyə rəhbəri İvan İmqrunt isə çıxış edərək Abdolbari Goozala Rusiyada göstərdiyi uğurlu fəaliyyətə, yaradılan yeni istehsal müəssisələrinə görə minnətdarlığını bildirərək, hədiyyələr təqdim edib.

 

 

Bununla yanaşı tədbirdə 50-dən çox 20 il şirkətdə fəaliyyət göstərən əməkdaşlar, 100-ə yaxın 15 ildən artıq çalışan əməkdaşlar və 500 nəfərdən çox 10 il və ondan artıq çalışan əməkdaşlara təşəkkürnamə plaketlərini müşahidə şurasının sədri Abdolbari Goozal şəxsən təqdim edərək onlarla xatirə şəkili çəkdirib.

 

 

Qeyd edək ki, 15 minə yaxın insanın çalışdığı “Azərsun Holdinq” tərəfindən istehsal olunan məhsullar artıq dünyanın 40-a yaxın ölkəsinə ixrac edilir.

20.12.2016 11:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ