“Para” BOKT: 6 milyon manatlıq öhdəliyimizi istiqraza çevirmişik

Lisenziyası ləğv edilmiş “Parabank” ASC-nin törəməsi - “Para” ASC bank olmayan kredit təşkilatı (BOKT) 6 mln. manatlıq öhdəliyini istiqraza çevirib.

 

Bu barədə açıqlamasında BOKT-un İdarə Heyətinin sədr müavini Rəcəb Hüseynov məlumat verib.

 

Onun sözlərinə görə, bu addım kreditorların razılığı ilə atılıb:

 

“Həmin şəxslər “Para”nın gələcək fəaliyyətində iştirak etmək istədilər və biz onlar qarşısında öhdəliklərimizi valyuta növündən asılı olaraq manat və dollar istiqrazlarına çevirmişik. Qalan kreditorlar qarşısında isə bütün öhdəliklərimizi yerinə yetirmişik”.

 

R.Hüseynov qeyd edib ki, hazırda təmsil etdiyi maliyyə qurumu kreditləşməni bərpa etməyə hazırlıq görür. İşlər nəzərdə tutulan qaydada getsə, təxminən 1 aydan sonra BOKT müştərilərinə kredit verə biləcək. 

 

© Report

21 Aprel 2017, 15:58   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin