“AccessBank”ın maliyyə göstəriciləri xoş təəccübləndirdi

Şirkətlər və əhalinin “AccessBank”da pulları artır

 

Əksər bankların depozit portfeli azalarkən “AccessBank”da artıb.

 

“Marja” xəbər verir ki, “AccessBank” 2017-ci ilin 1-ci rübü üzrə maliyyə hesabatlarını açıqlayıb. Hesabatdan məlum olur ki, 31 Dekabr 2016-cı il tarixində Bankın depozit portfeli 284 milyon 846 min manat olarkən 31 Mart 2017-ci il tarixində 301 milyon 795 min manata çatıb. Qısası, bu ilin yanvar-mart dövründə Banka yerləşdirilən depozitlər 7%-ə yaxın artıb. Bu, şirkətlərin və əhalinin pullarını “AccessBank”da saxlamağa üstünlük verdiyinə işarədir. 100 faiz xarici kapitallı və Avropa təcrübəsilə idarə olunduğundan “AccessBank”a etibar böyükdür.

 

Bankda digər diqqəti çəkən artım kapitaldadır. Ötən ilin sonu ilə müqayisədə Bankın cəmi kapitalı təxminən 28% artaraq 52 milyon 460 min manatdan 67 milyon 348 min manata yüksəlib.

 

Xəbər verdiyimiz kimi, 15 mart 2017-ci il tarixində “AccessBank”ın səhmdarların 34.85 milyon manat məbləğində 8.2 milyon ədəd  yeni səhmlərin əldə etməsi nəticəsində Bankın nizamnamə kapitalı 119 milyon 850 min manata artırılıb. Nizamnamə kapitalının artırılması cəmi kapitalın artmasında da əks olunub.

 

“AccessBank” 1 milyard manata yaxın cəmi aktivləri ilə Azərbaycanın ən iri banklarından biri olaraq qalır. Belə ki, 31 Mart 2017-ci il tarixndə “AccessBank” 993 milyon 814 min manat cəmi aktivlərə, 926 milyon 466 min manat cəmi öhdəliklərə malik olub. Bankın xalis kredit portfeli isə 539 milyon 577 min manat təşkil edib.

 

Bu ilin yanvar-mart dövründə “AccessBank” 29 milyon 683 min manat faiz gəliri əldə edib. Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 14 milyon 138 milyon manat ayırıb. Ehtiyatlar bankın təhlükəsizlik yastığıdır. “AccessBank” daha dayanıqlı fəaliyyət göstərmək üçün, ötən ildən gəlirinin böyük hissəsini ehtiyatda saxlayır. Əsasən ehtiyatlara ayırmalar səbəbindən, bu ilin birinci rübündə “AccessBank”ın cəmi xərcləri cəmi gəlirlərindən 21 milyon 837 min manat çox olub.

 

Bir neçə gün öncə verilən açıqlamaya görə, AccessBank yeni biznes modelin tətbiqinə keçir. Yeni biznes modelinə uyğun olaraq Bank rəqəmsal bankçılığı (mobil və internet bankinq) inkişaf etdirərək daha aktiv tətbiq edəcək.

 

0% KREDİTLƏ OFİS MEBELİ!

 

BALANS HESABATI 31/03/2017

 min AZN-lə 

 

AKTİVLƏR

Nağd vəsaitlər

Cash funds

78 102

AMB-yə qarşı tələblər

Amounts due from CBA

195 791

“Nostro" hesabları

“Nostro" accounts

9 464

Banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər

Deposits in financial institutions including banks

39 646

Qiymətli kağızlar

Securities

1 693

Xalis kreditlər və lizinqlər

Net loans & Leasings

539 577

Amortizasiya çıxılmaqla bank işində istifadə olunan əsas vəsaitlər

Fixed assets used in banking deducting depreciation

39 578

Bank işində istifadə olunmayan əsas vəsaitlər

Fixed assets not used in banking

2 787

Digər icmallaşmamış şirkətlərə və birgə müəssisələrə investisiyalar və maliyyə iştirakı

Investments to other non-consolidated ventures and joint ventures, and financial participation

40

Amortizasiya çıxılmaqla qeyri-maddi aktivlər

Intangible assets deducting depreciation

24 016

Digər aktivlər

Other assets

63 119

CƏMİ AKTİVLƏR

TOTAL ASSETS

993 814

 

ÖHDƏLİKLƏR

Depozitlər

Deposits

301 795

AMB-nın banka qarşı tələbləri

CBA claims against the Bank

30 000

Digər bankların tələbləri (“Loro" hesabları)

Other banks’ claims (“Loro” accounts)

72

Bankların və digər maliyyə müəssisələrinin depozitləri

Deposits of banks and other financial institutions

77 194

Digər maliyyə müəssisələrinin (banklardan başqa) kreditləri

Loans of other financial institutions (excluding banks)

423 040

Bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri

Subordinated loans and other similar promissory notes issued by the Bank

70 705

Digər passivlər

Other liabilities

23 660

CƏMİ ÖHDƏLIKLƏR

TOTAL LIABILITIES

926 466

 

 

KAPİTAL

CƏMİ KAPITAL

TOTAL EQUITY

67 348

 

MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT

 

31/03/2017 , min AZN  

 

 

Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi

(Interest income and other related income, total)

            29 683

 

Faizlər və onlara bağlı xərclər, cəmi

(Interest expense and other related expenses, total)

(18 066)

 

Xalis faiz mənfəəti (zərəri)

(Net interest profit (loss))

            11 617

 

Qeyri-faiz gəlirləri, cəmi

(Non-interest income, total)

(1 920)

 

CƏMİ GƏLİRLƏR

(TOTAL INCOME)

             9 697

Qeyri-faiz xərcləri, cəmi

(Non-interest expense, total)

(17 396)

 

Xalis əməliyyat mənfəəti

(Net operational profit)

(7 699)

Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər)

(Provision expenses)

(14 138)

Vergilər ödənilənədək xalis mənfəət (zərər)

(Pre-tax Net profit (loss))

(21 837)

 

Mənfəətdən ödənilən vergilər

(Profit tax)

                   0

 

Vergilər ödənildikdən sonra xalis mənfəət (zərər)

(Post-tax Net profit (loss))

(21 837)

 

 

 

MƏCMU KAPİTAL

31/03/2017,   min AZN  

 

 

 

 

BANKIN BİRİNCİ DƏRƏCƏLİ KAPİTALI (tutulmalardan sonra)

TIER I CAPITAL AMOUNT  (after deductions)

27 880

 

 

BANKIN İKİNCİ DƏRƏCƏLİ KAPİTALININ MƏBLƏĞİ

TIER II CAPITAL AMOUNT  

22 324

 

 

MƏCMU KAPİTALDAN TUTULMALAR

DEDUCTIONS FROM TOTAL CAPITAL

40

 

 

MƏCMU KAPİTALIN MƏBLƏĞİ (tutulmalardan sonra)

TOTAL CAPITAL AMOUNT  (after deductions)

50 164

 

 

21 Aprel 2017, 21:07   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]