Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Sənayedə idxal yerli istehsalla əvəz ediləcək – YOL XƏRİTƏSİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sənayedə idxal yerli istehsalla əvəz ediləcək – YOL XƏRİTƏSİ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda sənaye məhsulları idxalının əvəzlənməsi fəaliyyəti  dəstəklənəcək.

 

Reklam_3_11

“Marja”nın məlumatına görə, bu barədə “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ndə bildirilir.

 

Əsaslandırma Azərbaycanda yerli tələbata əsaslanan yanaşma işlənib hazırlanmaqla əsas diqqət yarımfabrikatların (aralıq məhsulların) və son istehlak məhsullarının istehsalına yönəldiləcəkdir.

 

Statistik məlumatlara əsasən, 2014-cü ildə ağır sənaye və maşınqayırma məhsulları üzrə 4 milyard 300 milyon manat həcmində yerli tələbat idxal hesabına təmin edilmişdir. Daha ətraflı təhlil predmeti olacaq məhsullara aşağıdakıları misal göstərmək olar: qızıl, maşın hissələri, nasos və kompressorlar, borular üçün klapan və digər cihazlar, boru və borucuqlar, yayma məmulatları (prokatlar), elektrik maşın və avadanlıqları, onların hissələri.

 

 İdxalın yerli istehsalla əvəzlənməsi yerli rəqabətədavamlı şirkətlərə dəyər zəncirinə şaquli inteqrasiya üçün tələb olunan investisiya yatırımlarını həyata keçirə bilmələrindən ötrü kreditlərin verilməsi, məhsul portfelinin tərkibinin genişləndirilməsi, şaquli inteqrasiya məqsədilə seçilmiş sektorlara mütəxəssislərin cəlb edilməsinə maliyyə vəsaitinin ayrılması, yerli istehsala xarici birbaşa investisiyaların cəlb edilməsi yolu ilə təmin olunacaqdır.

 

Azərbaycanın dəyər zəncirində iştirakına dəstək ola biləcək digər tədbirlərə məhsullar və sektorlar üzrə hərtərəfli qiymətləndirmə aparılması, seçilmiş ilkin pilot sektorların və layihələrin müəyyən edilməsi, kreditlərin restrukturizasiyası və ya stimullaşdırılması məqsədilə maliyyə mexanizmlərinin təklif olunması, ixtisaslı kadrların cəlb edilməsi istiqamətində tədbirlər görülməsi (məsələn, iş vizası tələblərinin azaldılması) aid ola bilər.

 

2014-cü ildə Azərbaycan təxminən 800 milyon ABŞ dolları dəyərində sənaye maşın və avadanlıqları idxal etmişdir (şəkil 8). Neft-qaz və kənd təsərrüfatı kimi sahələrdə maşın və avadanlıqlara tələbatı ödəmək üçün ölkədə istehsal olunan məhsulların keyfiyyətinin artırılması, sənayedə yeni texnologiya və elmi tədqiqat araşdırmaları istiqamətində məqsədyönlü tədbirlər görüləcəkdir.

 

Azərbaycanda ağır sənaye və maşınqayırma müəssisələri idxalın əvəzlənməsi fəaliyyətinin dəstəklənməsi baxımından güclü imkanlara malikdir. Bu baxımdan “İcra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində satınalmaların səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 sentyabr tarixli 1046 nömrəli Fərmanı yerli maşınqayırma məhsullarına tələbatın artmasına ciddi təsir göstərəcəkdir.

 

Bununla belə, 2015-ci ildə ölkəyə idxal olunan bütün mal və məhsulların təqribən 57 faizi qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları və onların hissələri, nəqliyyat vasitələri və onların hissələri olmuşdur. 10 Həmçinin, neft maşınqayırması ilə əlaqədar avadanlıq, modul və komponentlərin əksər hissəsi idxal edilir.

 

  Tikinti materialları, tikinti maşın və avadanlığı, mədən maşın və avadanlığı, sintetik materiallar və rezin emalı avadanlığı, nasos və kompressorlar, metal emalı avadanlığı, tekstil istehsalı avadanlığı, çap maşınları, yeyinti və qablaşdırma avadanlığı, ağac emalı avadanlığı, mal və material yükləmə avadanlığı ölkəyə idxal edilən maşın və avadanlıqların strukturunda üstünlük təşkil edir. Qeyd olunan qrupdan tikinti materialları, tikinti maşın və avadanlığı, mədən maşın və avadanlığı, nasos və kompressorlar, mal və material yükləmə avadanlığı və ya onların tərkib hissələrinin və komponentlərinin yerli istehsalla əvəz edilməsi ilkin mərhələdə daha perspektivli görünür.

 

Maşınqayırma məhsulları üzrə ölkənin idxal və ixrac strukturuna birgə baxdıqda isə əlavə olaraq buldozer, ekskavator və digər yol tikintisi maşın və avadanlıqları, kənd 10 Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi 31 təsərrüfatı maşın və avadanlıqları, yeyinti sənayesi avadanlıqları, elektrik avadanlıqları, dəmir yolu lokomotiv və vaqonları idxalının ortamüddətli perspektivdə əvəz edilməsi mümkündür.

 

Avtomobil, traktor və yükdaşıyan maşınların yerli istehsalı əsasən yığımla məhdudlaşır. Perspektivdə isə yalnız maşın mühərriklərinin, transmissiya mexanizmlərinin idxalı saxlanıla, qalan hissələr isə yerli bazardan təchiz oluna bilər.

 

Ölkə iqtisadiyyatında əhəmiyyətli payını, eləcə də ağır sənaye və maşınqayırma məhsullarından asılılığını nəzərə alaraq, təhlil edilmiş mal kateqoriyaları üzrə dörd sektor – mədənçıxarma (ilk növbədə neft-qaz sektoru), kənd təsərrüfatı, dövlətin nəzarətində olan təbii inhisarlar və müdafiə sənayesi – 2020-ci ilədək olan dövrdə ağır sənaye və maşınqayırmada istehsalın lokomotivi qismində çıxış edə bilər.

 

Hazırda neft və qaz sənayesinin dəyər zəncirində xeyli ağır sənaye və maşınqayırma məhsulundan istifadə olunur (şəkil 9). Onlardan bəzilərinin, məsələn, buruq, nasos, kompressor, daşıma və emal üçün maşın və avadanlıqların Azərbaycanda istehsal olunmasına baxmayaraq, neft-qaz sektorunun dəyər zəncirinin bütün seqmentlərində yerli istehsalın iştirakının genişləndirilməsi üçün potensial mövcuddur. Elektrik maşın və avadanlıqları istehsalı sahəsində də oxşar vəziyyət mövcuddur. Ötürücü və paylama sisteminin təşkilində Azərbaycanın müəyyən maşın və avadanlıqları iştirak edir, lakin elektrik enerjisinin istehsalı və pərakəndə satış mərhələlərində də ölkənin milli maşın və avadanlıqla iştirak potensialı vardır.

 

Bununla belə, ölkədə inkişaf etmiş neft-qaz sektoru kimi iri təchizatçının olmasına baxmayaraq, maşınqayırma sektorunun daha da inkişafı üçün potensial imkanlar mövcuddur. Ölkənin neft-qaz sahəsində fəaliyyət göstərən transmilli şirkətlərin yerli 32 maşınqayırma məhsullarının istehsalçıları ilə istehsal olunan məhsulların keyfiyyətinin yüksəldilməsi və beynəlxalq standartlara və bununla da təchizat tələblərinə uyğunluğunun təmin edilməsi məqsədilə birgə əməkdaşlıq səylərini və əlaqələndirməni həyata keçirməsi bu sahədə olan məsələlərin həllinə əhəmiyyətli dərəcədə kömək edə bilər. Yerli məhsulların imici və sifarişçilər arasında tanınması da yeni tələblər nəzərə alınmaqla həyata keçirilməlidir. Eyni zamanda, yerli müəssisələrin əksəriyyəti yüksək texnoloji həll tələb edən kompleks avadanlıq istehsalını da yetərli səviyyədə mənimsəməlidirlər.

 

Azərbaycanın kənd təsərrüfatında irəliləyişə nail olmaq üçün əsas vasitə ölkənin ixracında emal olunmamış məhsulların çəkisini azaltmaq və emal olunmuş məhsul ixracına keçməkdən ibarətdir. Digər tərəfdən, 2015-ci ildə Azərbaycanın kənd təsərrüfatı idxalının təxminən 54,5 faizini emal olunmuş məhsullar (süd, kərə yağı, heyvan və bitki mənşəli piylər və yağlar, şəkər, tütün və tütün məmulatları) təşkil etmişdir. 11 Bu göstəriciyə görə Azərbaycan bir sıra region ölkələrindən geri qalır. Ölkənin kənd təsərrüfatı və aqrar-sənaye seqmentində emal və dərin emal olunmuş məhsulların faizi artdıqca, yerli maşınqayırma sektoru üçün sahə müəssisələrindən yeni sifariş imkanları yaranacaqdır. Maşınqayırma sənayesi ilə qarşılıqlı bağlılıq həm məhsuldarlığın artırılması, həm də kənd təsərrüfatında emal olunmuş məhsulların istehsalına keçid istiqamətində irəliləmək baxımından çox əhəmiyyətlidir.

 

20.12.2016 11:36

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ