Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bakıda daha bir Nəqliyyat Mübadilə Mərkəzi yaradılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda daha bir Nəqliyyat Mübadilə Mərkəzi yaradılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı Nəqliyyat Agentliyi (BNA) yeni nəqliyyat mübadilə mərkəzlərinin yaradılması istiqamətində tədbirlərini davam etdirir. 

 

Reklam_3_11

Agentlikdən verilən məlumata görə, artıq metronun Dərnəgül stansiyası yaxınlığındakı ərazidə Nəqliyyat Mübadilə Mərkəzinin yaradılması ilə bağlı işlərə başlanılıb.

 

Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında hazırda ərazinin asfalt örtüyü yenilənir. Bu işlər yekunlaşdıqdan sonra avtobusların və sərnişinlərin rahat, eyni zamanda təhlükəsiz hərəkəti üçün zəruri tədbilər görüləcək, əlavə dayanacaq pavilyonları qoyulacaq.

 

Layihəyə əsasən, Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzində avtobuslarla yanaşı, taksilər üçün də duracaq müəyyənləşdirilib.

 

İlkin mərhələdə Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzinə əsasən Binəqədi, Biləcəri, Mehdiabad, Fatmayı, Məhəmmədi, Pirşağı, Digah və Novxanı kimi kənd və qəsəbələrdən gələn 17 marşrut xətti üzrə avtobusların daxil olması planlaşdırılır.

 

Hazırda bu marşrut xətlərinin əksəriyyəti üzrə avtobusların son dayanacaq məntəqəsi metronun “Azadlıq Prospekti” stansiyası müəyyən edilib. Bu isə gün ərzində, xüsusilə də pik saatlarda həmin ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlığa səbəb olur. Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verildikdən sonra avtobusların xaotik hərəkətindən qaynaqlanan bu problem aradan qalxacaq. 

 

Gələcəkdə Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzinin imkanlarından aslı olaraq bura daxil olması planlaşdırılan marşrut xətlərinin sayı artırıla bilər.

22.04.2017 09:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ