Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Tütün toxumları və tinglər gömrük rüsumundan azad edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tütün toxumları və tinglər gömrük rüsumundan azad edildi

Azərbaycana gətirilən tütün toxumları və tinglər gömrük idxal rüsumuna cəlb edilməyəcək.  Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nə dəyişiklik edib.


Qüvvədə olan "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"ndə 12-ci qrupda (Yağlı toxum və meyvələr, digər toxum, meyvələr və taxıl, dərman bitkiləri və texniki məqsədlər üçün bitkilər, saman və yem) 1209 99 990 0 alt yarımmövqeyindəki digər mallar gömrük dəyərlərinin 3%-i həcmində gömrük idxal rüsumuna cəlb edilib. Dəyişikliyə əsasən, tütün toxumları ayrıca sətirdə göstərilməklə gömrük idxal rüsumundan azad edilir, bu kateqoriyadan olan digər mallar isə yenə 3% gömrük idxal rüsumuna cəlb ediləcək.


Digər dəyişiklik tinglərlə bağlıdır. İndiyə qədər "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"ndə 6-cı qrupda olan canlı ağaclar və digər bitkilər (bitkilərin kökləri, soğanaqları və digər analoji hissələri, kəsilmiş çiçəklər və dekorativ bitkilər), o cümlədən üzüm qələmi (peyvənd edilmiş və ya kök ilə) gömrük idxal rüsumuna cəlb edilməyib. Dəyişikliyə əsasən, ting və üzüm qələmi (peyvənd edilmiş və ya kök ilə) istisna ilə bu kateqoriyada digər ağaclar, kollar və kolluqlar (peyvənd edilmiş və ya edilməmiş, yeməli bar gətirənlər) gömrük dəyərlərinin 15%-i həcmində gömrük idxal rüsumuna cəlb ediləcək.


Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

 

0% KREDİTLƏ OFİS MEBELİ!

22.04.2017 11:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ