Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Naməlum yoluxucu xəstəlik yayılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Naməlum yoluxucu xəstəlik yayılıb

İsmayıllı rayonunda iri buynuzlu mal-qara arasında naməlum səbəbdən tələfolma halları qeydə alınıb. Rayonun Qubaxəlilli kəndinin sakinləri bildirib ki, son 10 gün ərzində fərdi təsərrüfatlarda 15-ə yaxın iri buynuzlu heyvanın ölümü hansısa xəstəliyin olmasından xəbər verir.


Heyvanlara baytar həkimlər tərəfindən müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq, onlar tələf olub. Kənd sakini Maqsud Babayev bildirir ki, heyvanlar arasında naməlum yoluxucu xəstəlik yayılıb.

İsmayıllı rayon Baytarlıq İdarəsinin rəisi Barat Şahəliyev isə bildirib ki, iribuynuzlu heyvanların tələf olmasının səbəbini yoluxucu xəstəliklərlə bağlamaq doğru deyil. Belə ki, son aylar bir sıra yoluxucu xəstəliklərə qarşı mal-qaraya vaksinlər vurulub. Son günlər kənddə tələf olan mallardan nümunələr götürülərək Respublika Baytarlıq İdarəsinə göndərilib. Araşdırmadan sonra tələfolmanın səbəbi bəlli olacaq.

Reklam_3_11

 

© APA

 

22.04.2017 12:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ