Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda ilk dəfə: Bankda kreditlə avtomobil sığortası

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda ilk dəfə: Bankda kreditlə avtomobil sığortası

 

Kapital Bank filiallarında avtomobili kreditlə sığortalamaq olar

 

Azərbaycanda ilk dəfə olaraq Kapital Bank filiallarında PAŞA Sığortanın avtomobil sığortası məhsulunun kreditlə satışı həyata keçirilir. Bu barədə “Marja”ya Bankdan bildirilib.

 

Müştərilər bankın Bakı, Sumqayıt şəhərləri və Abşeron, həmçinin Gəncə, Lənkəran, Şəki, Zaqatala, Xaçmaz, Şirvan, Göyçay, Bərdə və Ağsu şəhərlərində yerləşən filiallarında avtomobillərin icbari sığortasını əldə edə bilərlər.

 

Avtomobillərin sığortasının dəyərini Kapital Bank-dan əmək haqqı və təqaüd alan müştərilər 6 aylıq faizsiz və komissiyasız kreditlə, digər müştərilər isə nağd şəkildə ödəyə bilərlər. Sənədləşmə üçün şəxsiyyət vəsiqəsi və avtomobilin texniki pasportu tələb olunur. Sığortanın məbləği sürücünün və avtomobilin göstəriciləri əsasında sığorta proqramında avtomatik hesablanır.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 91 filialı və 4 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

22.04.2017 20:01

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ