Ən yuxarı statik reklam-3_3

Avro Fransa Prezident seçkisindən sonra 5 ayın zirvəsini gördü

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro Fransa Prezident seçkisindən sonra 5 ayın zirvəsini gördü
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Prezident seçkinin keçirildiyi Fransada, rəsmi olmayan nəticələrə görə, mərkəz sağ partiyası Yürüş Hərəkatının lideri Emmanuel Macron ilə ifrat millətçi Milli Cəbhə Partiyasının lideri Marina Le Pen ikinci tura qalacaq.


 
"Marja" xəbər verr ki, Avro, Macron ilə Le Penin gələn ay keçiriləcək ikinci tura qalacağı xəbərilə dollar qarşısında kəskin yüksəlib.


 
İlkin nəticədən sonra, Dollar qarşısında  2% bahalaşaraq 5 ayın zirvəsini görən Avro 1.0918 səviyyəsini test edib.  İnvestorlar, Macronun ikinci tura qalmasını, rəqabətin Le Pen və Jean-Luc Melenchon arasında qala biləcəyi ssenari ilə müqayisədə müsbət qarşılayır. Aparılmış sorğuya görə, Yürüş Hərəkatının lideri Emmanuel Macron,  ikinci turda seçicilərin 62%-nn səsini yığaraq növbəti Fransa prezidenti ola bilər.


 
Deutsche Bank AG-nin makro strateqi Sebastyan Galy, "Bu, bazarın ümidsiz halda axtardığı mükəmməl ssenari idi" şəklində bildirib.


 
Le Pen Prezident seçiləcəyi təqdirdə Fransanın Avropa Birliyindən çıxmasını gündəmə gətirəcəyini bəyan etmişdi. Bu da ortaq pul vahidi Avro üzərində təzyiq yaradırdı. Hətta Fransanın Birlikdən çıxmasının digər ölkələrindən çıxışına təkan verəcəyi və Avro sisteminin çökəcəyi barədə proqnozlar verilirdi.

 

Seçkinin ilk turunda Yürüş Hərəkatının lideri Emmanuel Macron səslərin 23,7%-ini alaraq seçkidən birinci çıxıb. Le Pen də 21,7%-lik səs nisbəti ilə ikinci olub. Mərkəz sağdakı Respublikaçılar Partiyasının namizədi Fransua Fillon və ifrat solçu namizəd Jean-Luc Melenchon isə hər biri 19,5% səs yığıblar.


 
Heç bir namizəd, Prezident seçilmək üçün ilk turda lazım olan 50 faiz səs çoxluğunu yığa bilmədiyindən, ilk turda ilk iki yeri qazanan Macron və Le Pen, 7 Mayda keçiriləcək ikinci tur səsvermədə yarışacaqlar.

 

VALYUTALARIN DƏYİŞMƏSİNDƏN PUL QAZAN!

24.04.2017 05:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ