Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

“Meynəli” şərab evi istifadəyə verilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Meynəli” şərab evi istifadəyə verilib

“Ləzzət Qida Sənaye” MMC “Meynəli” şərab evi şəbəkəsini yaratmağa başlayıb. İlk “Meynəli” şərab evi Naxçıvan şəhərindəki Gənclər şəhərciyində istifadəyə verilib.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, 200 kvadratmetrlik bir ərazidə geniş çeşiddə, 500-ə yaxın adda mal təklif edən bu xidmət obyektində muxtar respublikamızda və ölkəmizdə istehsal olunan içki məhsulları ilə yanaşı, dünyanın bu sahə üzrə tanınmış firmalarının məhsulları da vardır. Firma mağaza ilə tanış olarkən burada muxtar respublikamızda istehsal olunan yüksək keyfiyyətli, müxtəlif adda pivə, araq, çaxır, qazlı və qazsız mineral sular diqqəti cəlb edir. Ümumilikdə, bu satış obyektində Naxçıvanda istehsal edilən 45-dən çox, müxtəlif adda içki məmulatlarını bir yerdə tapmaq mümkündür ki, bu da müasir tələbkar istehlakçı üçün çox vacib amildir. İdxal məhsulları isə, əsasən, bu sahədə ixtisaslaşan Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Almaniya, Moldova, Meksika, İspaniya, ABŞ, İngiltərə, Fransa, İtaliya, Şotlandiyadan gətirilib, yüksəkkeyfiyyətli araq, çaxır, şampan, viski, rom, tekila, likör, konyaklardan ibarətdir. İdxal edilən bu məhsullar tamamilə orijinal məhsuldurlar, onların bir qismi ilk dəfə Naxçıvana gətirilib.

 

“Meynəli” şərab evində müasir xidmət şəraiti yaradılıb. Müştərilərə xidmətin müasir səviyyədə təşkil olunması məqsədilə gənc satış personalı işə cəlb edilib, əhaliyə həftənin 7 günü 12 saatlıq xidmət göstərilir. Mağazanın xidmətlərinə Naxçıvana gələn turistlərin də böyük maraq göstərdiyini nəzərə alaraq buraya əcnəbi dilləri bilən işçilər cəlb olunub.  

24.04.2017 06:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ