Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Neft, müqavilənin uzadılacağı gözləntisi və zəifləyən Dollar ilə bahalaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft, müqavilənin uzadılacağı gözləntisi və zəifləyən Dollar ilə bahalaşıb

Neft qiymətləri, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) rəhbərliyinə tabe olan bir komitənin, hasilatın azaldılması müqaviləsinin uzadılmasını dəstəklədiyi barədə xəbərin yayılması və Dolların ucuzlaşması ilə əlaqədar olaraq son altı gündə ilk dəfə yüksəlib.


 
"Marja" xəbər verir ki, neft ötən həftə 6.7% ucuzlaşdıqdan sonra bu gün 0.7 faizə qədər yüksəlib.

 

Mövzu haqqında məlumata malik nümayəndələrə görə, OPEC rəhbərliyi altında yaradılan komitə, İyun ayında başa çatacaq neft hasilatının azaldılması müqaviləsinin daha altı ay uzadılmasının lazım olduğu nəticəsinə gəlib.


ABŞ dolları Avro qarşısında, Fransada Prezident seçkisinin ilk turunun nəticəsi məlum olduqdan sonra ucuzlaşıb. Ən yüksək səsi yığan Yürüş Hərəkatının lideri Emmanuel Macron və həddindən artıq sağçı Milli Cəbhə Partiyasının lideri Marina Le Pen 7 Mayda keçiriləcək ikinci tur səsverməsində yarışacaqlar.  Keçirilən sorğular, ikinci turu Macronun qazanacağına işarə edir. Avropa Birliyi və Avro əleyhdarı Le Penin seçkini uduzacağı gözlənilir və bu da Avronun bahalaşması ilə nəticələnir.


 
Həmçinin Macronun ikinci turda iştirak etməyə haqq qazanması, yarışın Avropa Birliyi Əleyhdarı Le Pen ilə Kommunistlərin dəstəklədiyi Jean-Luc Melenchon-un arasında keçəcəyi  senarisini aradan qaldırıb və bu vəziyyət, Avroya münasibətdə risklərin azalmasına və investorların riskli aktivlərə yönəlməsinə səbəb olub.


 
Bakı vaxtı ilə 08:30-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 33 sent artımla bareli 49.95 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 40 sent və ya 0.5 faiz yüksələrək bareli 52.36 dollara qalxıb.

24.04.2017 06:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ