Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Qızıl, Fransadakı seçkidən sonra kəskin düşdü

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qızıl, Fransadakı seçkidən sonra kəskin düşdü
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fransada prezident seçkisinin ilk turunun ardından, iqtisadi inkişaf yönümlü Emmanuel Macronun seçkinin ikinci turunda qələbə qazanacağı və bunun nəticəsində Avro Bölgəsinə ən mühüm iqtisadiyyatlardan birindən yarana biləcək təhdidin aradan qalxacağı gözləntilərinin güclənməsi və bunun nəticəsində investorların riskli aktivlərə yönəlməsilə qızılın qiyməti düşüb. 


 
"Marja" xəbər verir ki, qızıl 1.5 faiz olmaqla 2 Martdan bu yana ən kəskin şəkildə ucuzlaşaraq unsiyası 1265.51 dollara qədər endikdən sonra, 1273.64 dollara gəlib. Qızıl və Yen düşərkən, Avro güclü yüksəlib.

Reklam_3_11

 

 
ABŞ dolları Avro qarşısında, Fransada Prezident seçkisinin ilk turunun nəticəsi məlum olduqdan sonra ucuzlaşıb. Ən yüksək səsi yığan Yürüş Hərəkatının lideri Emmanuel Macron və həddindən artıq sağçı Milli Cəbhə Partiyasının lideri Marina Le Pen 7 Mayda keçiriləcək ikinci tur səsverməsində yarışacaqlar.  Keçirilən sorğular, ikinci turu Macronun qazanacağına işarə edir. Avropa Birliyi və Avro əleyhdarı Le Penin seçkini uduzacağı gözlənilir və bu da Avronun bahalaşması ilə nəticələnir.

 

 
Həmçinin Macronun ikinci turda iştirak etməyə haqq qazanması, yarışın Avropa Birliyi Əleyhdarı Le Pen ilə Kommunistlərin dəstəklədiyi Jean-Luc Melenchon-un arasında keçəcəyi  senarisini aradan qaldırıb və bu vəziyyət, Avroya münasibətdə risklərin azalmasına və investorların riskli aktivlərə yönəlməsinə səbəb olub.

VALYUTALARIN DƏYİŞMƏSİNDƏN PUL QAZAN!

24.04.2017 06:49

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ