Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

İranlı iş adamı Azərbaycanda yeni kivi bağları salır

iç səhifə xəbər başlığı altı (mobil)_31
İranlı iş adamı Azərbaycanda yeni kivi bağları salır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Astara Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə İran İslam Respublikasının Rəşt şəhərindən dəvət olunmuş sahibkar Seyidməhəmməd Nəimi tərəfindən rayonda yeni kivi bağlarının salınmasına başlanılıb.

 

Reklam_3_11

İranlı sahibkar müsahibəsində deyib:

 

“Astara rayonunun Şahağac kəndində 15, Səncərədi kəndində isə 10 hektar ərazidə kivi bağlarının salınmasına başlamışıq. Artıq hər iki kənddə torpaq sahələri əkinə hazır vəziyyətə gətirilib. Əkin işlərinə sentyabr ayında başlanılacaq. Buna qədər isə hər iki ərazidə su hovuzları tikiləcək, suvarma sistemləri quraşdırılacaq. Yeni bağların suvarılması prosesi damcı üsulu ilə həyata keçiriləcək”.

 

Gələcəkdə Astara rayonunda 300 hektar ərazidə kivi bağlarının salınmasının nəzərdə tutulduğunu vurğulayan S.Nəimi iki il əvvəl Astarada və Bakı şəhərində olduğunu, Azərbaycanda gördüklərinə heyran qaldığını deyib.

 

“Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Şəhərin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi heç də təsadüfi deyil. Astaranın füsunkar təbiəti isə insanın ruhunu oxşayır. Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksində insanların mənalı istirahət etmələri üçün hər cür şərait yaradılıb. Ölkənin sərhəd-buraxılış məntəqələrində “ASAN viza” sisteminin tətbiqi Azərbaycana turist axınına səbəb olub. Bir aydan sonra ailəmlə birlikdə yenidən Astaraya gələcəyəm”, - deyə o bildirib.

 

© Azərtac

24.04.2017 07:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ