Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Birləşən banklarda pulu olan əmanətçilərin nəzərinə

iç səhifə xəbər başlığı altı (mobil)_31
Birləşən banklarda pulu olan əmanətçilərin nəzərinə

Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqtətinə çatdırır ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 27.9-cu maddəsinə əsasən iştirakçı banklar birləşmə və ya qoşulma şəklində yenidən təşkil olunduqda əmanətçinin varis banka keçmiş hər bir əmanətinə müqavilə müddəti qurtaranadək ayrıca əmanət kimi baxılır və ayrı-ayrılıqda kompensasiya ödənilir.

 

Reklam_3_11

"Misal olaraq, qeyd edək ki, əmanətçinin Fonda üzv olan “AAA” və “XXX” bankının hər birində  20 min manat məbləğində qorunan əmanəti var və əmanət müqavilələrinin müddəti iki ildən sonra başa çatır. Əmanət müqavilələrinin qüvvədə olduğu vaxtda “AAA” bankı “XXX” bankına qoşulmaqla ləğv edilir. Qoşulmadan 6 ay sonra isə “XXX” bankında sığorta hadisəsi baş veririr. Bu halda Fond tərəfindən əmanətçiyə 40 min manat məbləğində kompensasiya ödəniləcək.

 

Qeyd edilən misal, əmanətlərin tam sığortalanmaması halı üçün əhəmiyyətlidir. Belə ki, əmanət qorunan əmanət kateqoriyasına aid edildiyi halda hazırda qüvvədə olan “Əmanətlərin tam sığortalanması” haqqında Qanunun 5.1-ci maddəsinin tələblərinə uyğun olaraq tam məbləğdə kompensasiya olunduğu üçün “Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir.

 

Misal olaraq, əmanətçinin Fonda üzv olan “AAA” və “XXX” bankının hər birində 100 min manat məbləğində qorunan əmanəti var. “AAA” bankı “XXX” bankına qoşulmaqla ləğv edilir. “Əmanətlərin tam sığortalanması” haqqında Qanunun qüvvədə olma müddəti ərzində “XXX” bankında sığorta hadisəsi baş verir. Bu halda Fond tərəfindən əmanətçiyə hər bir əmanət müqaviləsi üzrə 100 min manat olmaqla ümumilikdə 200 min manat məbləğində kompensasiya ödəniləcək",- Fondun məlumatında deyilir.

 

Xatırladaq ki, aprelin 18-də "AtaBank" və "CDB Bank" səhmdarlarının ümumi yığıncaqlarının qərarlarına əsasən "CDB Bank" ASC-nin yenidən təşkil şəklində ləğv edilərək "AtaBank" ASC-yə qoşulur.

24.04.2017 08:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ