Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

iç səhifə xəbər başlığı altı (mobil)_31
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

VALYUTALARIN DƏYİŞMƏSİNDƏN PUL QAZAN!

 

Reklam_3_11

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

 

EUR

 

Fransada keçirilən prezident seçkilərinin birinci turunun nəticələrinin bazar günü açıqlanmasından sonra EUR/USD məzənnəsi 1.0918$-a kimi bahalaşsa da, yenidən ucuzlaşmağa başlayıb. Məzənnə əlavə olaraq 1.0725$-a kimi ucuzlaşa bilər.

 

Avropa tərəfdarı Emmanuel Makronun avro tənqidçisi Marin Le Peni ilkin mərhələdə səs çoxluğu ilə üstələməsi, maliyyə bazarlarında müsbət qarşılansa da, gələcək günlərdə iki namizəd arasında gərgin mübarizə və gözləntilər avroya təzyiqi artıra bilər.

 

GBP

 

Böyük Britaniya hökümətinin növbədən kənar parlament seçkiləri ilə bağlı ani qərarı keçən həftə GBP/USD məzənnəsinin 1.29$-a kimi bahalaşmasına səbəb olmuşdur. Hal-hazırda 1.28$-a ticarət olunan məzənnənin gələcək günlər ərzində də 1.27$ və 1.29$ aralığında ticarət ediləcəyi proqnozlaşdırılır.

 

TRY

 

Avronun bahalaşması fonunda dolların foreks bazarlarında ucuzlaşması, Türkiyə maliyyə bazarlarında da Türk lirəsinin 3.60TL-ə kimi dəyər qazanmasına səbəb olub. Cari həftə ərzində isə Türk lirəsinin 3.65 və 3.60TL aralığında dalğalanacağı proqnozlaşdırılır.

 

OIL

 

Enerji bazarlarında Avropanın Brent markalı neftin bir barel qiyməti bazar ertəsi 52$-a kimi bahalaşıb və 54$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. Son günlər dünya neft istehsalı ölkələri neft istehsalının azaldılması müqaviləsinin müddətinin ilin sonuna kimi uzadılmasını müzakirə edir. Razılaşma ilə bağlı müsbət xəbərlər qiymətlərin bahalaşmasına səbəb ola bilər.

 

GOLD

 

Foreks bazarlarında ticarət aktivliyinin artması, əlvan metallar bazarında qızıla olan tələbi azaldıb. Artıq 1265$-a (40.6$/qram) kimi dəyər itirən qızılın bir unsiya üzrə qiyməti 1256$ (40.3$/qram) kimi də ucuzlaşa bilər.

 

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

 

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti

 

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

 


 

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

 

VALYUTALARIN DƏYİŞMƏSİNDƏN PUL QAZAN!

24.04.2017 08:49

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ