Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Türkiyədə Azərbaycan sərmayəli 37 şirkət yaradılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyədə Azərbaycan sərmayəli 37 şirkət yaradılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin I rübündə Türkiyədə Azərbaycan kapitalının aktivliyi azalıb. Türkiyə Palatalar və Birjalar Birliyinin məlumatına görə, deyilən dövrdə Türkiyədə təsis edilən Azərbaycan sərmayəli şirkətlərin sayı ötən ilin eyni dövrünə nisbətən 21%, Azərbaycan investorlarının ilkin ödənişi 2,3 dəfə azalıb.

 

Reklam_3_11

2017-ci ilin yanvar-martında 8 səhmdar cəmiyyəti, 29 məhdud məsuliyyətli cəmiyyət yaradılıb. Bunların kapitalı 2,4 mln. türk lirəsidir. Vəsaitin 90%-i azərbaycanlı səhmdarlar qoyub. Ötən ilin eyni dövrübdə yaradılan 47 şirkətin kapitalı 6 mln. lirə olub. Bunun 5,1 mln lirəsi Azərbaycanda daxil olub.

 

Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Platformunun məlumatına görə, 2017-ci ilin əvvəli üçün Türkiyədə fəaliyyət göstərən Azərbaycan sərmayəli firmaların sayı 1958-dir. Bu, Türkiyədə fəaliyyət göstərən bütün xarici sərmayəli firmaların təqribən 4%-dir.

 

Azərbaycan sərmayəli firmalar daha çox ticarət, tikinti və turizm sektorlarında fəaliyyət göstərirlər. Onların ən böyüyü SOCAR-dır. 

 

© Turan

24.04.2017 12:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ