Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Dünya nəhəngi Azərbaycana pambıq toxumu satdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünya nəhəngi Azərbaycana pambıq toxumu satdı

Kənd Təsərrüfatı Nazirliyi Türkiyə və Almaniyadan tezyetişən və ortatezyetişən, məhsuldar və yüksək lif keyfiyyət göstəricilərinə malik pambıq sortlarının toxumlarını alıb. Bu barədə qurumun mətbuat xidməti məlumat verir.

 

Reklam_3_11

“ProGen” və “Bayer” şirkətindən alınan pambıq toxumunun bir hissəsi mərhələli olaraq respublikaya gətirilərək istehsalçılara verilib, digər hissəsi isə 21 aprel tarixində gətirilib.

 

Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, dövlət başçısı respublikada pambıq əkini sahələrinin daha da genişləndirilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında konkret vəzifələr qoyub.

 

Xaricdən alınan pambıq toxumunun həcmi və müqavilənin məbləği açıqlanmır.

 

İndiyədək Azərbaycanda 25 yerli və xarici pambıq sortu rayonlaşdırılıb. Bunların dördü (“Ələkbəri”, “Gəncə-160”, Assos, Select) 2016-cı ildə əkin üçün seçilib. “ProGen” sortu 2014-cü ildə rayonlaşdırılıb.

24.04.2017 12:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ