Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"AtaBank"ın son maliyyə vəziyyəti açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"AtaBank"ın son maliyyə vəziyyəti açıqlandı

Maksimum 3 aya “Caspian Development Bank”ın birləşəcəyi “AtaBank” ASC 2017-ci ilin 1-ci rübünü 1 milyon 178 min manat xalis mənfəət ilə başa vurub.

 

“Marja” Banka istinadən xəbər verir ki, bu ilin yanvar-mart dövründə “AtaBank”ın faiz və qeyri faiz gəlirləri  11 milyon 4 min manat,  faiz və qeyri-faiz xərcləri isə 9 milyon 172 min manat təşkil edib. Nəticədə ilk rübdə Bankın əməliyyat mənfəəti 1 milyon 832 min manat təşkil edib. “AtaBank” kredit və depozit itkiləri üzrə ehtiyata 645 min manat ayırdığından Bankın xalis mənfəəti 1 milyon 178 min manat olub.

 

31 Mart 2017-ci il tarixinə “AtaBank” ASC 464 milyon 533 min manat cəmi aktivlərə (o cümlədən 393 milyon 742 min manatı müştərilərə verilmiş kreditlər), 395 milyon 948 min manat cəmi öhdəliklərə (o cümlədən 256 milyon 227 min manatı depozitlər) və 68 milyon 585 min manat cəmi kapitala malik olub. Bak ötən ilin sonunda 472 milyon 541 min manat cəmi aktivlərə ( o cümlədən 406 milyon 533 min manatı müştərilərə verilmiş kreditlər), 412 min manat 730 min manat cəmi öhdəliklərə (o cümlədən 269 milyon 591 min manatı depozitlər), 59 milyon 811 min manat cəmi kapitala malik idi.

24.04.2017 14:43

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ