Bank Respublika-dan ipoteka kreditləri üzrə yeni şərtlər
Günün yeni tələblərinə uyğun olaraq Bank Respublika müştərilərinə daha sərfəli və rahat şərtləri ilə ipoteka kreditlərinin verilməsinə yenidən başlayır.
Azərbaycan İpoteka Fondunun xətti ilə ipotekanın əsas şərtləri aşağıdakı kimidir:
-İllik faiz dərəcəsi Adi İpoteka üçün 8%,Güzəştli İpoteka üçün isə 4% təşkil edir. Müəyyən edilmiş faiz dərəcəsi 3 ildən – 30 ilədək bütün dövrü əhatə edir.
-Kreditin maksimal məbləği 100 000 AZN təşkil edir
-İlkn ödəniş ümumi məbləğin 15% - 25% həddində təyin edilib.
İlkin olaraq bəzi amilləri nəzərə alaraq, ipoteka krediti Bakı, Xırdalan və Sumqayıt şəhərlərində yerləşən çıxarışlı mənzillərin əldə edilməsi üçün verilə bilər. Lakin yaxın gələcəkdə şəhərlərin sayının artırılması da planlaşdırılır.
Yeni şərtlər çərçivəsində, müştərilərin rahatlığı və şəffalığın təmin edilməsi məqsədi ilə www.e-ipoteka.az saytında İpoteka Fondu tərəfindən mərkəzləşdirilmiş Elektron İpoteka sistemi aktivləşdirilib. Bu sistem kreditlərin rəsmiləşdirmə müddətlərinin və əməliyyat xərclərinin əhəmiyyətli dərəcədə azalmasına, ümumilikdə isə ipoteka kreditləşməsinin sadələşdirilməsinə xidmət edir.
Kredit müraciəti üzrə qərar təxminən 10 gün ərzində verilir. Kreditin ödənişlərini hər ay annuitet qaydada bərabər hissələrlə Bank Respublikanın ofisləri və bankomatları, vaxtınıza qənaət etmək istəsəniz “İnternet Şöbə” xidməti və “Mobil Şöbə” əlavələri vasitəsilə ödəmək mümkündür.
İpoteka kreditlərinin yenilənmiş şərtləri ilə daha ətraflı bankın rəsmi internet səhifəsində, Sizə yaxın filialları və ya şöbələrində, yaxud 144 qısa nömrəsinə zəng etməklə tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 17 saat əvvəl
-
18 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 21 saat əvvəl
-
21 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
21 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
1 gün əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
1 gün əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl