Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Gecə və gündüz gediş haqqı fərqli olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gecə və gündüz gediş haqqı fərqli olacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bir çoxları taksilərdə vahid tarifin  tətbiqinin inhisarçılığa və rəqabət mühitinin aradan qalxmasına gətirib çıxaracağı qənaətindədir. Lakin vahid tarifin tətbiqində  məqsəd bu sahədə sağlam rəqabət mühitini formalaşdırmaqdır.

 

Reklam_3_11

Bu sözləri Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. O qeyd edib ki, son vaxtlar taksi xidmətinin inkişaf etdirilməsi, onun şəhərin inkişaf  tempinə uyğunlaşdırılması ilə bağlı bir sıra istiqamətlər üzrə  addımlar atılır:


“Bizim əsas məqsədlərimizdən biri odur ki, vahid taksi sistemi yaradılsın. Bunlardan biri də taksilərdə vahid qiymətin təmin edilməsi ilə bağlıdır. Məqsədimiz odur ki, bu məbləğ  həm sərnişinlər, həm də sürücülər üçün sərfəli olsun. Vahid tarif  təyin olunarkən bir sıra nüanslar vardır ki, onları nəzərə alacağıq. Yəni gecə tarifləri ayrı , gündüz tarifləri isə ayrı olacaq. Bundan əlavə şəhərdaxili və  şəhərətrafı ərazilər üçün fərqli qiymətlər müəyyənləşdiriləcək.  Detallar tam hazırlanıb ictimaiyətə açıqlanmadığı üçün məsələ ilə bağlı bir qədər fərqli fikirlər yaranır. Bir çoxları taksilərdə vahid tarifin tətbiqinin inhisarçılığa və rəqabət mühitinin aradan qalxmasına gətirib çıxaracağı qənaətindədir. Lakin vahid tarifin tətbiqində məqsəd bu sahədə sağlam rəqabət mühitini formalaşdırmaqdır”.

 

M.Ağayevin sözlərinə görə taksi xidməti  ilə  bağlı bir sıra tələblər hazırlanıb və   təqdim olunub:

 

“Taksilərdə vahid tarifin tətbiqinə qədər, bir sıra mərhələlər var ki, onlar həyata keçirilməlidir: Taksi xidməti kimi istifadə olunan nəqliyyat vasitələri ilə  bağlı tələblər hazırlanıb və hökumətə təqdim olunub. Bununla yanaşı, tələblər arasında   minik avtomobili ilə taksi xidməti göstərən sürücülərin fəaliyyəti iıə bağlı məsələlər də yer alıb. Müsbət rəy alındıqdan sonra  həmin tələblər ictimaiyyətə açıqlanacaq. Onu da qeyd edim ki, tələblərin icrasıyla vahid taksi sistemi yaradıldıqdan sonra biz Bakı şəhərində normal və müasir  taksi xidmətinin fəaliyyətinin şahidi olacağıq”.

 

O, bir sıra taksi şirkətlərindəki çatışmazlıqlardan da söz açıb:

 

“Bu gün bir sıra taksi şirkətlərində qiymətlər nisbətən ucuzlaşıb. Qiymətlərin belə olması sərnişinlərə sərf edir. Lakin, 141 “qaynar xətt”inə daxil olan müraciətlərin təhlili onu göstərir ki, qiymətlər ucuz olsa da, göstərilən xidmət və ya nəqliyyat vasitələri sərnişinləri qane etmir.  “Qaynar xətt”ə zəng edən şikayətçilər  qeyd edir ki, taksi çağıran zaman onlara taksinin  15 dəqiqəyə gələcəyini deyilsə  də, yarım saatdan sonra gəlib. Bundan başqa, daxil olan şikayətlərdən biri də, müştəriyə  15-20 dəqiqə gözlədikdən sonra boş nəqlliyyat vasitəsinin olmadığı barədə məlumat verilməsidir”.

 

M.Ağayev qeyd edir ki, bəzən göndərilən nəqliyyat vasitələri nasaz olur, sürücü gediləcək ünvanı tanımır və sürücü-sərnişin münasibətlərinin tənzimlənməsində problemlər yaranır. O qeyd edir ki,  əksər sirkətlər qiymətdə rəqabət aparsalar da, bu, sağlam rəqabət olmur.

 

Müsahibimiz həmçinin, taksi dayancaqlarının yerləri və prosesin gedişatı haqqında da danışıb:

 

“Mövcud taksi duracaqlarının  pasportlaşdırılması  prosesi fasiləsiz olaraq davam edir. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları gün ərzində  paytaxtın müxtəlif ərazilərində bununla bağlı bir sıra müşahidə və təhlillər aparırlar. Həmin ərazidə nəqliyyat axınının vəziyyəti hesablanır.  Digər amillər də nəzərə alınmaqla əgər həmin ərazidə taksi duracağı olmalıdırsa və əhalinin sıx toplaşdığı ərazidirsə,   deməli artıq həmin ərazilərdə taksi duracaqlarının yeri müəyyənləşir və pasportlaşdırılır və  taksi nişanı qoyulur. Ən son belə müşahidələr Qara Qarayev prospektində aparılıb. 10 yerdə taksi duracaqları  müəyyənləşdirilib və  nişanlanma işləri aparalacaq”.

 

M.Ağayev dayanacaqların yaradıldığı ərazilər və digər məsələlərdən də danışıb:

 

“Hazırda taksi dayanacaqları  Dəmiryol vağzalının, Səməd Vurğun bağının ətrafında, Dəniz vağzalının qarşısında, “Park bulvar”ın önündə mövcuddur.  Taksi duracaqları  elə  yerlərdə  olmalıdır ki, ora insanlar daha çox gəlib-gedə bilsin. Biz çalışırıq ki, taksi dayanacaqları  metrostansiyaların çıxışlarında olsun. Lakin elə stansiyalar var ki orda taksi duracaqlarının olması digər nəqliyyat vasitələrinin  hərəkətinə maneə yaradır. Taksilərin rahat formada    dayanıb sərnişin cəlb edə bilməsi, eyni zamanda digər nəqliyyat vasitələri ərazidən rahat formada getməsi üçün çalışırıq.

 

©  Modern.az 

24.04.2017 15:49

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ