Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Neftbaza məlumatları öncəsi neft bahalaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neftbaza məlumatları öncəsi neft bahalaşır

 OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

 

Neft qiymətləri, ABŞ-da ardıcıl üçüncü həftədə də ehtiyatların "əriyəcəyini" göstərəcəyi gözlənilən rəsmi neftbaza məlumatları öncəsi yüksəlib.


 
"Marja" xəbər verir ki, Nyu-Yorkda neft qiymətləri, əvvəlki altı seansda 7.4% düşdükdən sonra 0.7 faizə qədər yüksəlib. 

 

Enerji İnformasiya İdarəsinin Çərşənbə günü açıqlayacağı neft ehtiyatları göstəricisinin, Bloomberg-in sorğusuna qatılan analitiklərin proqnozlarına görə, ötən həftə 1.95 milyon barrel azalması gözlənilir. 

 


Üstəlik, Rusiyanın energetika naziri Aleksandr Novak, bu həftə, OPEC ilə hasilatın azaldılması müqaviləsinin İyun ayından sonraya uzadılması məsələsini müzakirə etməmişdən əvvəl ölkədəki neft şirkətlərinin rəhbərləri ilə görüşəcəyini bildirib.


 
OPEC üzvləri, İyun ayında sona çatacaq hasilatın azaldılması müqaviləsinin ilin ikinci yarısına uzadılmasını qiymətləndirərkən, Amerikalı istehsalçılar neft quyularının sayını artırmaqda davam edirlər.


 
Bir sıra analitiklər bildirirlər ki, əgər OPEC müqaviləni ilin ikinci yarısına uzadarsa və ABŞ-da neft hasilatı azalmağa başlasa, bazarın bu il yenidən tarazlıq tapması mümkündür.
 


Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Qərbi Texas nefti  (WTI) Nymex birjasında 32 sent və ya təxminən 0,7% bahalaşaraq bareli 49.55 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 31 sent və ya 0.6 faiz bahalaşaraq bareli 51.91 dollara qədər çıxıb.

 

ÖDƏNİŞSİZ FOREX SEMİNARINA QATILIN!

25.04.2017 06:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ