Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Başqasının mənzilinə "qapını döymədən" girməyin - 2 min manat cərimə

iç səhifə xəbər başlığı altı (mobil)_31
Başqasının mənzilinə "qapını döymədən" girməyin - 2 min manat cərimə

Azərbaycanda mənzil toxunulmazlığının pozulmasına görə cərimələrin məbləği artırılır.

 

Cinayət Məcəlləsinə dəyişikliyi nəzərdə tutan yeni layihəyə görə, qanunla müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olmaya görə cərimələrin miqdarı 1000 manatdan 2000 manatadək artırılır. Hazırda isə bu cərimələrin məbləği 100 manatdan 500 manatadəkdir.

 

Hüquqi şəxslərin binalarının (otaqlarının) toxunulmazlığını pozmaya görə 100 manatdan 500 manatadək olan cərimələrin də məbləği 1000 manatdan 2000 manatadək artırılır.

 

Qeyd edək ki, bu dəyişiklik Milli Məclisin aprelin 25-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

 

© Trend

25.04.2017 06:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ