Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

PAŞA BANK: “Müştərilərin bank seçmək meyarı dəyişib”

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA BANK:  “Müştərilərin bank seçmək meyarı dəyişib”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2016-cı il PAŞA Bank üçün uğurlu olub.

 

Reklam_3_11

“Marja”nın məlumatına görə, bunu Çərşənbə axşamı keçirilmiş mətbuat konfransında Bankın İdarə Heyətinin  sədri Taleh Kazımov bildirib.

 

“2016-cı ildə müştərilərə dəstək olmağa çalışmışıq. Bu da müştərilərin məmnunluğuna gətirib çıxardıb. Müştərilərimizin də sayı artmaqdadır. Əgər 2014-cü ildə korporativ müştərilərimizin sayı 700 idisə, 2016-cı ilin sonunda say 2200-dən çox olmuşdur”.

 

Taleh Kazımov qeyd edib ki, artıq müştərilər bank seçərkən maliyyə göstəricilərinə də fikir verirlər:

 

“2015-2016-cı illərdə bizə daha aydın məlum oldu ki, müştərilər üçün Bankın maliyyə vəziyyəti də önəmlidir. Müştərilər bank seçərkən maliyə göstəricilərinə də baxırlar. 2016-cı ilin nəticələri göstərir ki, PAŞA Bankın maliyyə vəziyyəti güclüdür”.

 

Sədr əlavə edib ki, PAŞA Bank Azərbaycan bankları arasında ən yüksək reytinqlərə malikdir.

 

Taleh Kazımov qeyd edib ki, PAŞA Bank 2016-cı ildə fərdi bankçılıq bölməsi fəaliyyətə başlayıb və Bankın fərdi müştərilərinin də sayı artmaqdadır.

 

 İdarə Heyətinin sədri bildirib ki, PAŞA Bankın müştərilərinin əməliyyatlarının 60%-i İnternet Bankinq ilə aparılmışdır.

 

“Yeni filiallar açmaqdansa daha çox internet bankçılıq sahəsində fəaliyyət göstərməyi nəzərdə tuturuq”, - o deyib.

25.04.2017 08:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ