Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda hotellərin mərtəbələri qadınlar və kişilər üçün bölünə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda hotellərin mərtəbələri qadınlar və kişilər üçün bölünə bilər

 

Azərbaycanda 4 və 5 ulduzlu hotellər könüllü olaraq öz mərtəbələrini ayrı-ayrılıqda qadınlar və kişilər üçün bölə bilərlər.

 

Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov "Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar" standartının tətbiqinə həsr olunan tədbirdə bildirib.

 

Onun sözlərinə görə, körfəz ölkələri, eləcə də Çin, Koreya, Yaponiya, Malayziya və Sinqapur ilə münasibətdə sadələşdirilmiş viza sisteminin tətbiqi mövcud turist axınına müsbət təsir göstərib. 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib. 2016-cı ilin ilk 3 ayı ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə İrandan 2 dəfə çox turist gəlib. Çari ilin mart ayında Novruz bayramı münasibətilə İrandan gələn turistlərin sayı 70 minədək artıb.

 

M.Qəhrəmanov bildirib ki, "Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar" standartının tətbiqində məqsəd Azərbaycana müsəlman ölkələrindən gələn turistlərin sayını artırmaqdır:

 

"Bu standartlar hazırlanarkən Malayziyanın təcrübəsi nəzərə alınaraq hətta təklif edildi ki, qadınlar üçün ayrı, kişilər üşün ayrı, eyni zamanda ailələri şəxslər üçün ayrı mərtəbələr olsun. Biz reallıqları nəzərə alaraq, bunun tam bu formada olmasının tərəfdarı deyilik. Bu, sənaye üçün yeni yüklənmə problemi yarada bilər. Nəzərə almaq lazımdır ki, yerləri məhdud - 70 yeri olan hotellər var. Əgər o, mərtəbələri bu prinsiplə bölsə, bu, onun üçün iqtisadi baxımdan səmərəli ola biləcəkmi?! Bunları nəzərə alaraq, biz bunu standarta bu formada daxil etməyə tərəddüd etdik. Amma belə bir formada daxil etdik ki, 4, 5 ulduzlu hotellər bunu könüllü olaraq, edə bilərlər. Bu standartı yaratmaqla istəmirik ki, turizm sənayesində yeni yüklənmə yaradaq. Bizim hədəfimiz odur ki, sənaye inkişaf etsin".

 

©Trend

25.04.2017 09:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ